Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib

Naxçıvanda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib...

"Report"a daxil olan məlumata görə, görüşdə enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib, birgə enerji layihələrinin region və Avropa miqyasında enerji təhlükəsizliyindəki rolundan bəhs edilib, İğdır-Naxçıvan qaz kəmərinin və Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracının reallaşdırılmasının Azərbaycan-Türkiyə enerji tərəfdaşlığını daha da möhkəmləndirəcəyi qeyd edilib. Bu məqsədlə də layihələrin sürətləndirilməsinin vacibliyi vurğulanıb və Türkiyə üzərindən qazın Naxçıvana nəqlinin ilin sonuna planlaşdırıldığı bildirilib.

Həmçinin “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) və "Azərenerji" ASC arasında əlaqələlərin gücləndirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə Avropaya əlavə qaz tədarükü istiqamətində SOCAR və BOTAŞ-ın birgə fəaliyyəti müzakirə edilib. Söhbət zamanı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında energetika sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında müqavilə” nin, eləcə də Bakı şəhərində yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsinin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Hər iki ölkə nazirlərinin və Enerji Forumu çərçivəsində fəaliyyət göstərən 6 İşçi qrupunun rəhbərlərinin iştirakı ilə də görüş keçirilib. Görüşdə karbohidrogen və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, bərpa olunan enerji və mədənçilik istiqamətləri üzrə birgə İşçi qruplarının hesabatları dinlənilib. Əməkdaşlıq imkanları dəyərləndirilib və yeni istiqamətlər üzrə atılacaq addımlar müəyyənləşdirilib.

***

Naxçıvan şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilir.

Bu barədə "Report"un yerli bürosu xəbər verib.

Görüşdə energetika sahəsində Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq və perspektivlər müzakirə olunur.

P.Şahbazov "X" sosial şəbəkəsindəki hesabında görüş barədə açıqlama verib: "Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu çərçivəsində dostum A.Bayraktarla karbohidrogen və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, bərpa olunan enerji və mədənçilik üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçirdik, yeni layihələri dəyərləndirdik".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar