Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 105-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib...

Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, prokurorluq əməkdaşları şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək, ehtiramlarını ifadə ediblər. Sonra tədbir şəhər İcra Hakimiyyətinin iclas zalında davam edib.

Poliqon xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, dövlətimizin tərəqqisi naminə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirildiyini, ədalət prinsipinin təmin olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan prokurorluğunun inkişafın növbəti mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Şirvan şəhər prokuroru Kamal Talıbov prokurorluq orqanlarında çalışan əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik edib, prokurorluq orqanlarında aparılan islahatlardan danışıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində məlumat verərək, Prezident cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğıdan söz açıb.

Daha sonra çıxış edənlər prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının müstəsna rolundan danışıblar.

Tədbirin sonunda Azərbaycan prokurorluğunun yaranmasının 105-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Şirvan şəhər prokurorluğunun bir qrup əməkdaşı və veteran prokurorluq işçisi şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edilib.

Prokurorluq orqanlarının veteran əməkdaşı, Şirvan şəhər sakini Şakir Ağaverdi oğlu Səmədova Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin təbrik məktubu təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

 

Poliqon.info

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Ən çox oxunanalar