Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov: "Yeni reallıqlarda Naxçıvanın potensialı strateji əhəmiyyət daşıyır"

Azərbaycan-Türkiyə tandemi Zəngəzur dəhlizinin açılması, Orta Dəhlizin inkişafı və Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizinin yaradılması imkanlarının olduğu yeni reallıqlarda Naxçıvanın enerji resursları, kommunikasiya və logistika potensialından səmərəli istifadə üçün də strateji əhəmiyyət daşıyır.

"Report"un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

"Təsadüfi deyil ki, Naxçıvanın 4 illik inkişafı üzrə Azərbaycan Prezidentinin müəllifi olduğu dövlət proqramı "yaşıl" mənbələrə əsaslanan elektrik enerjisinin istehsalı və ixracının artırılması, Muxtar Respublikanın təbii qazla risklərsiz təminatı kimi məsələlərdə Türkiyə ilə əməkdaşlığın önəmini vurğulayır. Bu günlərdə illik 500 milyon kubmetr qaz tədarük edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı bir daha göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu "yaşıl enerji" zonasına çevirməyi hədəfləyən bu yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir: "Eyni zamanda, bu, beynəlxalq enerji şirkətləri ilə "yaşıl enerji" tərəfdaşlığımızın miqyas və coğrafiya etibarilə daha da genişlənməsidir".

P. Şahbazov qeyd edib ki, təmiz ətraf mühitə malik "yaşıl artım" ölkənin hədəfli sosial-iqtisadi inkişaf strategiyasına uyğun Naxçıvan vasitəsilə töhfələri artırmağı, bu prosesdə Türkiyəyə məxsus, həmçinin beynəlxalq enerji şirkətlərinin birgə iştirakını zəruri edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar