Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənər üçün müsahibə başlayıb

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət etmiş şəxslərə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə mesaj göndərilir...

Bu barədə Poliqon-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsahibə mərhələsində namizədin tələblərə uyğunluğu yoxlanılır və psixometrik test imtahanına cəlb edilir.

Psixometrik test imtahanında namizədin idarəetmə lokusu, emosional sabitlik, liderlik və özünüidarəetmə keyfiyyətləri ölçülür.

Həmin namizədlər elektron anketə daxil olaraq özünə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir. Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

- Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);

- Şəxsiyyət vəsiqəsi;

- Təhsil haqqında sənəd (diplom);

- İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və dövlət qulluğu sertifikatı olan şəxslərdən arayış tələb olunmur. İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbərləri tərəfindən imzalanır);

- Məhkumluq barədə arayış;

- Dövlət qulluğu sertifikatı (namizədlərin dövlət qulluğu sertifikatının olub-olmaması elektron formada Müsahibə Komissiyası tərəfindən yoxlanılır).

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır.

Namizəd müsahibədən dərhal sonra psixometrik test imtahanına cəlb edilir. Müsahibə və psixometrik testin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Müsahibə və psixometrik testdən uğurla keçən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.

Məlumata görə, indiyə qədər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən 2628 nəfər müraciət edib, onlardan 2228 nəfər müraciətini təsdiq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar