Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anım günü ilə əlaqədar Nəsimi rayonunda tədbirlər keçirilib - Fotolar

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi...

44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. torpaqlarımız işğaldan azad olundu, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.

27 sentyabr - Anım günündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, rayon təşkilatlarının nümayəndələri, Şəhid ailələri və müharibə iştirakçılarının ailələri, rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi, məzarları üzərinə gül dəstələri düzərək öz ehtiramlarını bildirdilər.

27 Sentyabr - Anım günü münasibətilə Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətən Müharibəsində həlak olan Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçıları xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Eyni zamanda qeyd etdi ki, Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Çıxış edənlər Millət vəkili Məlahət İbrahimqızı, Dağ Yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev qeyd etdilər ki, xalqımız şəhidlərimizin müqəddəs ruhuna ehtiramla yanaşır, xatirələri daim uca tutulur.

Tədbirdə çıxış edən şəhid atası Ceyhun Kərimov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Daha sonra məktəblilərinin ifasında müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib, şəhidlərin xatirəsinə əkilmiş ağaclara və yaşıllıqlara qulluq göstərilib.
Sonda 27 Sentyabr - Anım günü münasibətilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Ən çox oxunanalar