Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçika Rusiya almazlarından imtina etmək planını açıqlayıb

Belçikanın baş naziri Aleksander de Kro Nyu-Yorkda keçirilən Baş Assambleyada almaz sənayesinin aparıcı nümayəndələrinə Rusiya qiymətli daşlarının bazardan çıxarılmasına dair planı təqdim edib...

Poloqon xəbər verir ki, bu barədə Belçikanın “Le Soir” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, rus daşlarının bazara daxil olmasının qarşısını almaq mexanizmi demək olar ki, hazırdır. Bununla belə, onun effektiv işləməsi və 2024-cü il yanvarın 1-dən fəaliyyətə başlaması üçün bütün aparıcı sənaye oyunçularının iştirakını təmin etmək lazımdır.

Yeni almaz izləmə protokolunun Kimberli Prosesi (münaqişə zonalarından kobud almazların dünya bazarlarına axınının qarşısını almaq üçün 2003-cü il sertifikatlaşdırma sistemi) daxil olmaqla bir neçə nəzarət mexanizminə əsaslanacağı gözlənilir. Mexanizm blokçeyn texnologiyası vasitəsilə təmin ediləcək. "Le Soir" qeyd edir ki, Belçikanın planı uğurlu olarsa, bu, rus daşlarının bazardan Afrika qitəsindən almazların xeyrinə yerdəyişməsinə səbəb olacaq.

"Le Soir"in belçikalı diplomata istinadən verdiyi xəbərə görə, Belçika rus almazlarından imtina planının hazırlanmasına rəhbərlik edir. Təsadüfi deyil ki, Belçikanın Antverpen şəhəri almazların ticarəti və emalı üzrə dünya mərkəzlərindən biridir.

Rusiya almazlarının qadağan edilməsi planının hazırlanmasında Avropa Komissiyası və ABŞ da iştirak edir. Məhdudiyyətlər 2024-cü il yanvarın 1-dən qüvvəyə minə bilər. G7 ölkələri qadağanı sentyabr-oktyabrın sonunda, Avropa İttifaqı oktyabr-noyabr aylarında elan edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar