Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anjey Duda: Ukrayna özünü boğulan adam kimi aparır...

“Ukrayna özünü boğulan adam kimi aparır, hər şeyə əl atır və ona kömək etməyə çalışanları da arxasınca sürükləyir”.

Poliqon xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib. Onun sözlərinə görə, Kiyevə yardım edən ölkələrin özlərini vurduğu zərərdən qorumaq hüququ var.

“Biz boğulan şəxslə qarşılaşmışıq. Nə vaxtsa boğulan insanın xilas edilməsində iştirak etmiş hər kəs onun son dərəcə təhlükəli olduğunu və dərinliklərə sürüklənə biləcəyini bilir. O, qorxu, adrenalinin təsirləri səbəbindən ağlasığmaz gücə malikdir və xilasedicini sadəcə boğmağa qadirdir. Deyirlər, boğulan adam saman çöpündən yapışır, amma əslində bacardığı hər şeydən yapışır. Bu, Polşa ilə Ukrayna arasındakı vəziyyəti xatırladır”, deyə Duda BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ölkəsinin Ukrayna ilə münasibətləri şərh edərkən bildirib.

“Əlbəttə, biz özümüzü zərərdən qorumaq üçün hərəkət etməliyik, çünki boğulan şəxs bizi boğarsa, o, kömək görməyəcək”, deyə Anjey Duda vurğulayıb.

Xatırladaq ki, sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl tədarükünə qoyulan embarqonu uzatmayıb. Polşa, Macarıstan və Slovakiya nümayəndələri Ukrayna taxılının idxalını milli səviyyədə məhdudlaşdırıblar. Ukrayna Ümumdünya Ticarət Təşkilatının normalarının pozulması ilə bağlı təşkilata müraciət edib. Bunun fonunda Polşa prezidenti ukraynalı həmkarı Vladimir Zelenski ilə BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü ləğv edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar