Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş BMT Təhlükəsizlik Şurasının tərkibinin reallıqlara uyğun olmadığını iddia edib

BMT Təhlükəsizlik Şurasının tərkibi müasir reallıqları əks etdirmir, bu qurumun islahatlara ehtiyacı var...

APA xəbər verir ki, bunu Kubada keçirilən “Qrup 77 və Çin” sammitində çıxışı zamanı BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Çoxqütblülük beynəlxalq arenada liderlik üçün yeni imkanlar yaradır. Lakin bu, özlüyündə sülh və ədalətə təminat vermir, güclü və effektiv beynəlxalq institutlara ehtiyac var. Bununla belə, mövcud institutların bir çoxu, xüsusən də BMT Təhlükəsizlik Şurası və “Bretton Woods” (monetar idarəetmə sistemi - red.) institutlarının maliyyə sistemi keçmiş dövrü əks etdirir”.

BMT Təhlükəsizlik Şurasına 15 ölkə daxildir ki, onlardan beşi (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) daimi, 10-u isə qeyri-daimi üzvdür və iki il müddətinə seçilir. Bundan əvvəl Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini vurğulayır.

Poliqon.info


Etiket: Quterreş BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar