Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulun potensial zəlzələ zamanı ən təhlükəli 15 bölgəsinin adı açıqlandı

Türkiyənin Fövqəladə Hallar İdarə edilməsi Agentliyi (AFAD) İstanbulda gözlənilən güclü zəlzələ baxımından şəhərin ən təhlükəli 15 bölgəsini rəsmi olaraq müəyyən edib...

Bu bölgələrdə qruntun (torpağın) mayeləşməsi riskləri nəzərdə tutulur.

Yıldız Texniki Universitetinin dosenti Yurdakul Ayqermezin bununla bağlı verdiyi açıqlamaya görə, heç bir tikili üzərində dayandığı torpaq nəzərə alınmadan etibarlı və dayanıqlı adlandırıla bilməz. “Ona görə də binanı torpaqla birlikdə araşdırmaq lazımdır”, - deyə o qeyd edib.

Yurdakul Ayqermez xatırladıb ki, fevralın 6-da baş verən zəlzələlər zamanı Hatay vilayətinin Antakya və Adıyamanın Gölbaşı rayonlarında evlərin uçmasına səbəb torpağın mayeləşməsi olub. Orada binalar bünövrəsi yuyulduqdan sonra yan tərəfə əyilib.

İstanbulda bir neçə sahil zonası bu baxımdan təhlükə yaradır ki, onların arasında Avcılar, Bakırköy, Başakşehir, Bahçelievler, Beylikdüzü, Büyükçekmece, Küçükçekmece, Maltepe, Pendik, Sultanbeyli, Tuzla, Üsküdar, Fatih, Esenler, Esenyurt kimi ərazilər var. Bu rayonlarda bəzi tikililərin müəyyən hissəsi allüvial qruntlar üzərində (daşqın yataqlarında) inşa olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar