Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları və ləvazimatları təqdim olunub

Sentyabrın14-də Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində şəhid ailələrinin və qazilərin uşaqlarına, valideyn himayəsindən mərhum olmuş və qohumları tərəfindən qəyyumluq və himayəçiliyə götürülmüş uşaqlara, İraqSuriyadan Azərbaycan Respublikasına repatriasiya edilən, aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları və ləvazimatları təqdim olundu.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, aparatın məsul işçiləri, qazilər, məktəblilər iştirak edirdilər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxışında uşaqlarımızın dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd etdi. Ulu Öndər Heydər Əliyevin Respublikamızın ən çətin günlərində də “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm” sözlərini diqqətə çatdırdı.

Ulu Öndərin ölməz ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyev hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə dəstək verdiyini vurğuladı.

Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi respublikamızda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətləridir.

Tədbirin sonunda yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərə yeni məktəbli formaları və ləvazimatları təqdim olundu.
Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğı üçün minnətdarlıqlarını bildirdilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar