Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MN polkovnik-leytenantının xanımına qarşı külli miqdarda dələduzluq - 390 minlik cinayət işi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən lombard sahibi Adilə Nəsibovanın (soyad şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qaynarinfo”nun məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə 1979-cu ildə İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuş “lombard Adilə” kimi tanınan şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Adilə vətəndaşların etibarından sui-istifadə edərək 390 min manatdan artıq dələduzluq edib. İttiham aktına əsasən, Adilə Ayna Sultanovanın heykəli yaxınlığında Namiq Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən lombardda işləyib. Pandemiya dövründə müdir vəfat etdiyi üçün lombardı tək işlətməyə başlayıb. Lakin tək işləyə bilmədiyi üçün müxtəlif tanışlarına bu sahəyə yatırım edərək, qazanc götürməyi təklif edib və nəticədə onların külli miqdarda pulunu mənimsəyib.

 
Zərərçəkmişlər arasında əri Müdafiə Nazirliyində vəzifədə işləyən İlhamə adlı həkim də olub. Onun polkovnik-leytenant rütbəli Cahangir (ad şərti) adlı həyat yoldaşı 2021-ci ildə Bərdə Rayon Regional Tibb Xidmətinin rəisi işləyib. Bakıda həkim işləyən İlhamə Adilə ilə şərikli lombard biznesinə başlamaq üçün evini 180 min manata satıb. Adilə isə həmin vəsaiti ələ keçirərək, mənimsəyib. Yaş həddi ilə əlaqədar pensiyaya çıxan və hazırda Müdafiə Nazirliyində mülki vəzifədə çalışan Cahangir həkim xanımı ilə bərabər Adilədən şikayətçi olduğunu bildirib.

Adilə əmlakçı kimi fəaliyyət göstərən şəxsə 50 min manat, Türkiyədə bizneslə məşğul olan tanışına 70 min manat, daha iki şərikinə 40 və 15 min manat, “RR Travel” adlı turizm şirkətinin sahibinə 15 min manat, bizneslə məşğul olan şəxsə 41 500 manat, uşaq paltarı satan şəxsə 22 min 500 manat və digərlərinə külli miqdarda maddi ziyan vurub.

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək deyib ki, 14 il valyutadəyişmə məntəqəsində işləyib. Sonra valyutadəyişmə məntəqəsi bağlanıb və müdiri Namiq Məmmədovla birlikdə Ayna Sultanovanın heykəli yaxınlığında lombard açaraq işlədiblər. Pandemiya zamanında müdiri öldüyü üçün lombardı tək işlətməyə başlayıb. Lakin tək işləyə bilməyib və həmin yeri köşk olaraq surətçıxarma və s. işlər kimi işlətməyə başlayıb. Buna baxmayaraq, əvvəlki müştəriləri ona qızıllarını girov kimi verirmişlər. Adilə iddia edib ki, zərərçəkmiş şəxslər ona borc pul yox, sələm veriblər. Sonra faizlər toplanıb, məbləğ böyüyüb. Adilə zərərçəkmiş şəxslərə dəyən zərəri qismən ödədiyini də deyib.

Poliqon.info 


Etiket: Dələduzluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar