Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: 2023-cü ilin mayında ABŞ “Əl-Qaidə” liderini öldürməyib

BMT Komissiyası ABŞ-ın may ayında İdlibdə “Əl-Qaidə” liderini deyil, Suriya vətəndaşını öldürdüyünü bildirib...

2023-cü ilin may ayında ABŞ ordusunun Suriyanın İdlib bölgəsinə endirdiyi zərbə zamanı öldürülən şəxs əvvəlcə “Əl-Qaidə” lideri kimi təqdim edilsə də, 60 yaşlı Suriya vətəndaşı olan kişi öldürülüb.

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Suriya Təhqiqat Komissiyasının hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, mayın 3-də ABŞ Mərkəzi Komandanlığının pilotsuz uçan aparatının İdlibin şimalındakı Quraniyaya endirdiyi zərbə nəticəsində 60 yaşlı mülki vətəndaş həlak olub. ABŞ ordusu əvvəlcə zərbənin “Əl-Qaidə” nin yüksək rütbəli səlahiyyətlisini hədəf aldığını desə də, daha sonra rəsmi təhqiqatın başlandığını bildirib.

“Komissiya ölən şəxsin mülki şəxsdən başqa hər hansı bir şəxs olması və ya döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi ilə bağlı heç bir sübut aşkar etməyib və araşdırmanın nəticələrini gözləyir”, deyə sənəddə deyilir. BMT ekspertləri deyirlər ki, zərbə ya qeyri-adekvat planlaşdırma, ya da hücum zamanı nəzərdə tutulan hədəfin kifayət qədər yoxlanılmaması səbəbindən yanlış hədəfə tuşlanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar