Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq Xankəndinə daxil oldu... - “Humanitar şou” bitdi?

Bu süni şəkildə yaradılmış böhranın sona çatması anlamına gəlirmi, yoxsa “humanitar şou” hələ də davam edəcək?..

Politoloq: “Əslində, “humanitar şou”nun arxasında duran tərəflərdən birinin, hətta, birincisinin Rusiyanın olduğu qənaətindəyəm”.

“Əgər rəsmi Bakı görsə ki, onun yüklərin Xankəndinə və digər Azərbaycan ərazilərinə göndərməyə imkan vermirlər, bu zaman ermənilər Laçındakı Sərhəd Buraxılış Məntəqəsindən adekvat cavab alacaqlar”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq yükünün bu sabah Xankəninə daxil olmasını və Ağdam-Xankəndi yolunun bundan sonrakı fəaliyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) birgə əməkdaşlıq memorandumuna əsasən, Moskva tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, RQXC tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir TIR yük göndərilib. Son məlumatlara görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq yükü bu sabah Xankəndinə daxil olub.

Bu süni şəkildə yaradılmış böhranın sona çatması anlamına gəlirmi, yoxsa “humanitar şou” hələ də davam edəcək? Həmçinin, ermənilər gömrük postunun fəaliyyətə başladığı Laçın yolu ilə paralel olaraq, Ağdam yolunun da maneəsiz işləməsinə razı olacaqlarmı?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: ““TIR-lar şou”su məhz Ermənistanın, Rusiyanın və Fransanın başının altından çıxan məsələdir”.

Azərbaycanın Ağdam-Xankəndi yolunun açılmasında qərarlı olduğunu və bundan sonra da bu prosesi davam etdirəcəyini qeyd edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bizim TIR-ları ermənilər hər nəqədr nə qədər Əsgəranda saxlasalar da, gec-tez bu yükləri qəbul edəcəklər:

“Əslində, “humanitar şou”nun arxasında duran tərəflərdən birinin, hətta, birincisinin Rusiyanın olduğu qənaətindəyəm. Düşünürəm ki, baş verən “humanitar şou”nun tərəflərindən biri Ermənistan qədər elə Rusiyanın özüdür. Rusiyanın məqsədi budur ki, Azərbaycan Laçın dəhlizindən maneəsiz gedişə razılıq versin. Hansı ki, onlar oradan silah-sursat və digər qanunsuz daşımaları həyata keçirirlər. Digər tərəfdən isə, Rusiya bölgədə olan erməni seperatçıları vasitəsilə özlərinin təsir imkanlarını saxlamaq istəyirlər.

Bu baxımdan, düşünürəm ki, “TIR-lar şou”su məhz Ermənistanın, Rusiyanın və Fransanın başının altından çıxan məsələdir. Sonrakı mərhələdə geosiyasi, geoiqtisadi məqamlarda nə qədər dəyişikliyin olması və kimin hansı addımlar atması sonrakı məsələdir. Amma indi reallıq bundan ibarətdir ki, Azərbaycan istər-istəməz özünün daxili imkanları hesabına formalaşdırdığı humanitar yardımları Azərbaycanın Xankəndi ərazisində yaşayan erməni əhaliyə çatdırmağı planlaşdırır. O yüklər orada 1 ay, 2 ay da qala bilər. Ancaq biz həmin yükləri Xankəndinə aparacağıq.

Samir Hümbətov: “Baş verən “humanitar şou”nun tərəflərindən biri Ermənistan qədər elə Rusiyanın özüdür”.

Hesab edirəm ki, əgər rəsmi Bakı görsə ki, onun yüklərin Xankəndinə və digər Azərbaycan ərazilərinə göndərməyə imkan vermirlər, bu zaman ermənilər Laçındakı Sərhəd Buraxılış Məntəqəsindən adekvat cavab alacaqlar. Onsuz da, Azərbaycan bu və ya digər formada oraya öz yüklərini çatdıracaq və həmin əhali seperatçılardan qurtulacaq. Bu gün seperatçılar həmin əhalini maksimum dərəcədə belə aclıqla imtahana çəkməyə çalışır.

Azərbaycan isə Ağdam-Xankəndi yolunun açılmasında qərarlıdır və görünür ki, bundan sonra da bu prosesi davam etdirəcək. Bizim tırları nə qədər də orada saxlasalar gec-tez yükləri qəbul edəcəklər. Düşünürəm ki, indiki məqamda alternativ fəaliyyət göstərilməsə, yəni Ağdam, Xankəndi, Bərdə marşrutları Azərbaycanın üzərinə açılmasa, Laçın dəhlizinin normal işləməsi bizim üçün məqbul sayəlmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar