Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin dəstəklədiyi yeni geoiqtisadi plan - “Bir qurşaq, Bir yol”a qarşı Hindistan-Avropa dəhlizimi açılır?..

ABŞ, Almaniya, Fransa, İtaliya, Avropa Birliyi, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yeni geoiqtisadi təşəbbüs barədə razılığa gəldiklərini elan etdilər...

İqtisadçı-ekspert: “İndi Hindistanın təklif etdiyi və ABŞ-ın dəstəklədiyi bu layihə açıq görünür ki, Çinə qarşıdır. Yəqin ki, Çinin də öz həmlələri, öz təklifləri olacaq”.

Rusiya üzərindən keçən yüklərin sığortalanmasında problemlər var. Nə Çin, nə də Avropa şirkətləri sanksiyalara görə yüklərin sığortalanmasında problem yaşayırlar və istəmirlər ki, o yüklərlə bağlı onlara gələcəkdə hansısa bir hüquqi sanksiyalar tətbiq olunsun. Buna görə də alternativ yolların axtarışı sürətlənib”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli G-20 zirvəsində qərara alınan Hindistan-Avropa dəhlizimi açılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən G-20 zirvə toplantısı çərçivəsində vacib bir anlaşmaya dair rəsmi açıqlama verildi. ABŞ, Almaniya, Fransa, İtaliya, Avropa Birliyi, Hindistan (Bharat), Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yeni geoiqtisadi təşəbbüs barədə razılığa gəldiklərini elan etdilər. Eyni zamanda bu dövlətlər arasında Hindistan - Orta Şərq - Avropa İqtisadi Dəhlizinin yaradılması ilə bağlı Anlaşma Memorandumu da imzalandı. Çin liderinin Hindistandakı G-20 zirvəsinə qatılmaması güman ki, bu məsələ ilə əlaqədar idi.

Bu yeni geoiqtisadi təşəbbüs barədə nə demək olar? “Bir qurşaq, bir yol”a qarşı Hindistan-Avropa dəhlizimi açılır?

Hindistanın yeni geoiqtisadi təşəbbüsünü Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Pekin bir çox ölkələri şirnikləşdirmək üçün böyük yatırımlar təklif edəcək”.

Hindistanla Çinin ciddi rəqiblər və bir çox həll olunmamış qarşılıqlı problemlərinin də olduğunu xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Çinin Pakistanda böyük yatırımlar etməsi, heç də Hindistanın xoşuna gəlmir:

“Müasir dünyada ən çox müzakirə olunan, həllini gözləyən problemlərdən biri də yeni logistik xətlərin yaranması və fraqmentallaşan dünyada,, yəni fraqmental güc mərkəzlərinin yarandığı bir dünyada yeni xətlərin maneəsiz bir şəkildə işə düşməsi ilə bağlı problemin çözülməsidir. Məsələn, Rusiya-Ukrayna müharibəsi və Rusiya ərazisindən keçən, uzun illərdir fəaliyyət göstərən Şərq-Qərb dəhlizi artıq təhlükədədir. Çünki Rusiya üzərindən keçən yüklərin sığortalanmasında problemlər var. Nə Çin, nə də Avropa şirkətləri sanksiyalara görə yüklərin sığortalanmasında problem yaşayırlar və istəmirlər ki, o yüklərlə bağlı onlara gələcəkdə hansısa bir hüquqi sanksiyalar tətbiq olunsun. Buna görə də alternativ yolların axtarışı sürətlənib. Alternativ yolların axtarışı əsasən son iki ildə daha da sürətlənib.

Bildiyimiz kimi Çin Bir Kəmər Bir Yol lahiyəsi təklif etmişdi və buraya bir çox ölkələrin qoşulmasını istəyirdi. Çin bunu üçün müəyyən infrastruktur da qurmuşdu. Əsasən də Pakistan ərazisində Çin infrastruktur qurmuşdu. Hətta, Əfqanıstandan da keçən yolların olması nəzərdə tutulurdu. Amma bildiyim kimi o bölgələr qeyri-sabit bölgələrdir. Yəni həm Əfqanıstanın beynəlxalq miqyasda tanınmayan bir höküməti var, Pakistanda da tez-tez daxili münaqişələr olur və qeyri-sabitlik var. Buna görə də daha başqa alternativlərin olması da vacib idi.

Natiq Cəfərli: “Burada Azərbaycanın da infrastrukturundan, həm Bakı limanından, həm Bakı-Tbilisi-Qarsdan istifadə olunması mümkündür”.

Yeri gəlmişkən onu da qeyd edim ki, Hindistanla Çin ciddi rəqibdirlər və bir çox həll olunmamış qarşılıqlı problemləri də var. Çinin Pakistanda böyük yatırımlar etməsi, heç də Hindistanın xoşuna gəlmir. İki ölkə arasında əzəli və əbədi münaqişə olduğunu və problem olduğunu bilirik. Buna görə də yeni təklif, Hindistanda böyük limanların qurulması, o limanlar vasitəsilə yüklərin Ərəbistan yarmadasına, Ərəbistan yarmadasından da Aralıq Dənizinə, oradan isə Avropaya çatdırılması ilə bağlı ümumi razılaşma əldə edilib. Bunun həyata keçirilməsinə zaman lazım olacaq. Bu müxtəlif bölgələrin də həmin layihəyə qoşulmasını özündə ehtiva edə bilər.

Bunun da alternativləri var. Bu alternativlər Orta Kolidor layihəsidir ki, burada məsələn Azərbaycanın da mühüm rol alması imkanları var. Burada Azərbaycanın da infrastrukturundan, həm Bakı limanından, həm Bakı-Tbilisi-Qarsdan istifadə olunması mümkündür. Buna görə də, yaxın gələcəkdə, onsuz da, bu logistik marşrutlar üzrə dünyada rəqabətin atmasının şahidi olacağıq. Bu rəqabətdə də bir çox layihələr önə çıxacaq. Bir çox layihələrin önə çıxmasında da ölkələrin maraqları çərçivəsində davranmasını da görəcəyik.

İndi Hindistanın təklif etdiyi və ABŞ-ın dəstəklədiyi bu layihə açıq görünür ki, Çinə qarşıdır. Yəqin ki, Çinin də öz həmlələri, öz təklifləri olacaq. Pekin bir çox ölkələri şirnikləşdirmək üçün böyük yatırımlar təklif edəcək. Həm Hindistanın, həm də Çinin təklif etdiyi marşrutlardan yararlanmaq lazımdır. Harada imkan varsa, Azərbaycan da bu logistik xətlərdən birinin üstündə olması üçün çalışmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar