Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silva Putinin Braziliyada həbs olunub-olunmayacağını dəqiq bilmir

Braziliya prezidenti Lula da Silva Vladimir Putinin Braziliyaya gələcəyi təqdirdə həbs edilib-edilməyəcəyini bilmədiyini söyləyib...

Poliqon xəbər verir ki, bu barədə Agence France-Presse (AFR) məlumat yayıb. Agentlik qeyd edir ki, hələ dünən, sentyabrın 10-da Silva hər kəsi etmişdi ki, Putin Braziliyaya səfər edə bilər və onun ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv olmasına baxmayaraq, Rusiya prezidenti həbs etməyəcək.

“Braziliyalı ədalət məhkəməsinin onu həbs edib-etməyəcəyini bilmirəm. Bununla bağlı məhkəmə sistemi qərar verir, hökumət deyil”, deyə Lula da Silva bu gün jurnalistlərə bildirib.

Qeyd edək ki, G20 sammitinin 2024-cü ildə Rio-de-Janeyroda keçirilməsi planlaşdırılır və Braziliya prezidenti ümid etdiyini bildirib ki, “müharibə o vaxta qədər bitəcək”. O, həmçinin Braziliyanın BCM-yə üzvlüyünü şübhə altına alıb və deyib ki, “inkişaf etməkdə olan ölkələr tez-tez onlara zərər verən şeylərə imza atırlar”.

“Mən bilmək istəyirəm ki, ABŞ, Rusiya, Hindistan və Çin BCM-yə üzv olmadığı halda, biz niyə üzv olmuşuq? Açığı mən bu sualın cavabını bilmirəm. Mən məhkəmənin yurisdiksiyasını tərk edəcəyimi demirəm, sadəcə Braziliyanın müqaviləni niyə imzaladığını bilmək istəyirəm", deyə da Silva narazılığını ifadə edib.

Qeyd edək ki, BCM mart ayında Vladimir Putinin həbsinə order verib. MəhkəməRusiya Federasiyasının prezidentini hərbi cinayətdə ittiham edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar