Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Ermənistanda erməni-amerikan birgə hərbi təlimləri başlayacaq

Təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir...

Ermənistan Müdafiə Nazirliyinin “Zar” sülhməramlı briqadasının təlim mərkəzinin bazasında beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə “QARTAL PARTNER 2023” hərbi təlimləri keçiriləcək...

Poliqon xəbər verir ki. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsini artırmaq, idarəetmə və taktiki ünsiyyətdə qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının “Əməliyyat Bacarıq KonsepsiyasıErmənistan bölməsinin planlı qiymətləndirmələrə hazırlığını artırmaqdır”, deyə Ermənistan Müdfafiə Nazirliyinin məlumatında bildirilir.

ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının məlumatına görə, təlimlərdə 85 Amerika və 175 Ermənistan hərbçisi iştirak edəcək. Xüsusilə, Ermənistanın 2003-cü ildən tərəfdaşlıq proqramına malik olduğu ABŞ ordusunun 101-ci hava-desant diviziyasının 1-ci briqadasının və Kanzas Milli Qvardiyasının hərbi qulluqçuları cəlb olunacaq.

Xatırladaq Kİ, 2023-cü ilin yanvarında Ermənistan öz ərazisində KTMT təlimləri keçirməkdən imtina edib. Tədbirin keçirilməsini Ermənistanın baş naziri Nikol Paşinyan “uyğunsuzluq” adlandırıb.

Bu arada Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, hərbi təlimlərin keçirilməsi ilə bağlı qərar İrəvanla Vaşinqton arasında münasibətlərin dərinləşməsinin nəticəsidir.

ABŞ ilə təlimlərin keçirilməsi qərarı Ermənistanın suveren qərarıdır. Mən başa düşürəm ki, müxtəlif tərəflərin narahatlığı ola bilər və onlar narazılıq ifadə edə bilərlər. Qəbul edilən qərar həm də erməni-amerikan münasibətlərinin dərinləşməsinin reaksiyası və nəticəsidir”, deyə Xandanyan bildirib.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri və bəyanatları, o cümlədən təlimlərlə bağlı ona sərt ultimatum verilib və etiraz bildirilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 10-da deyib ki, Moskva Yerevanın ABŞ-la birgə hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir. Lavrov bu barədə Dehlidə mətbuat konfransında açıqlama verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar