Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi vəzifəsinin icraçısı ilə danışıb

Bu gün, 2023-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında növbəti telefon danışığı baş tutub...

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı regionda son vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın və onun tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin bu gün “prezident seçkisi” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olduğu, bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirilib.

Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.

Telefon danışığı zamanı, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar