Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacikistana girən terrorçular məhv edilib...

Tacikistan Dövlət Komitəsi Əfqanıstandan daxil olan terrorçuların məhv edildiyini açıqlayıb...

Tacikistanın xüsusi xidmət orqanları Tacikistan-Əfqanıstan sərhədini pozaraq respublika ərazisinə daxil olan “Camaat Ənsarullah” beynəlxalq terror təşkilatının üzvünü öldürüblər.

Poliqon xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Komitənin məlumatına görə, avqustun 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Darvaz rayonunun Kevron bölgəsində Əfqanıstan-Tacikistan sərhədinin xəttini qanunsuz olaraq pozub. Agentlik iddia edir ki, onlar Tacikistan ərazisində bir neçə terror aktı törətməyi planlaşdırıblar.

“Sentyabrın 5-də səhər saatlarında antiterror mühafizə dəstəsi terrorçuların olduğu yerin ətrafında perimetr yaradıb və terrorçu qruplaşma üzvlərindən təslim olmağı tələb edib. Terrorçular təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmayıb və atəş açıblar. Döyüş əməliyyatları nəticəsində silahlı terror qruplaşmasının 3 üzvü zərərsizləşdirilib”, deyə məlumatda bildirilir. Təchiz edilmiş anbarda, xüsusən də Kalaşnikov avtomatları, tapançalar, qumbaralar və snayper tüfəngləri aşkar edilib.

Qeyd edilir ki, bu, “Camaat Ənsarullah” təşkilatının üzvlərinin son bir ildə Tacikistan-Əfqanıstan sərhədini pozmağa ilk cəhdi deyil. Aprelin 26-da Milli Təhlükəsizlik Dövlət Komitəsi Vanc rayonundakı “Yazqulom” yatağında sərhəd xəttini qanunsuz keçən iki təşkilat üzvü ilə bağlı məlumat yayıb. İdarə antiterror əməliyyatı nəticəsində onların məhv edildiyini iddia edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar