Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib - Fotolar

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib...

Poliqon xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə sakinlərlə keçirdiyi səyyar qəbul və görüşlər davam edir.

Sentyabrın 2-də şəhərin N.Nərimanov küçəsində sakinlərlə növbəti səyyar görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq, əsaslı təmir işləri ilə bağlı ətraflı məlumat verərək, şəhərin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində görüləcək işlərdən danışıb.

Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar