Ankara taxıl dəhlizini səmərəli və təhlükəsiz hesab edir...
Moskvada Xarici İşlər naziri Hakan Fidanın iştirakı ilə keçiriləcək danışıqlarda Türkiyə Rusiya tərəfinə taxıl təşəbbüsünü əvvəlki formatda bərpa etməyi təklif edəcək.
Poliqon xəbər verir ki, bu barədə avqustun 31-də diplomatik dairələrdəki yerli mənbəyə istinadən TASS Agentliyi məlumat yayıb.
Mənbə qeyd edib ki, Ankara 2022-ci ilin yayında Qara dəniz razılaşmaları əsasında yaradılan “taxıl dəhlizi”ni ən optimal variant hesab edir.
“Ankara dəfələrlə “taxıl dəhlizi”nin əvvəlki formatda fəaliyyətinin bərpasının tərəfdarı olduğunu bildirib”, deyə mənbə qeyd edib və əlavə edib ki, Ankara mövcud “taxıl sazişi”ni Ukrayna münaqişəsinin Qara dəniz hövzəsinə qədər genişlənməsinin qarşısını almağa imkan verən hazırkı şəraitdə ən effektiv və təhlükəsiz variant hesab edir
Mənbə həmçinin bildirib ki, türk istehsalçıları Rusiya taxılının emaldan una çevrilməsi və daha sonra onun yoxsul Afrika ölkələrinə çatdırılması təşəbbüsünü həyata keçirməyə hazırdırlar. Unun Afrikaya çatdırılması payızda başlaya bilər.
Poliqon.info