Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada vətəndaş müharibəsi iddiası - Oleq Soskinin öz fikirləri, yoxsa Kremlin tapşırığı...

Sabiq Ukrayna prezidentinin müşaviri Oleq Soskin deyib ki, Volodimir Zelenski öz hərəkətləri ilə ölkəni vətəndaş müharibəsinə apara bilər...

Politoloq: “Ukraynanın keçmiş prezidenti Kuçmanın keçmiş müşaviri Oleq Soskinin fikirləri müəyyən qədər təzadlıdır”.

“Ukraynada vətəndaş müharibəsini etmək, hakimiyyətə qarşı qüvvələri qaldırmaq, Zelenskinin istefasının tələb olunması normativləri birbaşa Kremlin istəyidir”.

Bu sözləri politoloq İlyas Hüseynov Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin Ukraynada vətəndaş müharibəsi olacağı ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib ki, Volodimir Zelenski öz hərəkətləri ilə ölkəni vətəndaş müharibəsinə apara bilər. Soskinin bu fikirləri nə dərəcədə realdır? Ukraynadakı əks-hücum əməliyyatı vətəndaş müharibəsinə səbəb ola bilərmi?

Ukrayna cəmiyyətinin indiki vəziyyətini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Bu gün Ukraynada ciddi əks-hücum ərəfəsində vətəndaş müharibəsi ilə bağlı ittihamları irəli sürmək birbaşa olaraq Rusiyaya işləyən faktordur”.

İstənilən halda, Ukrayna cəmiyyətində müharibəni istəyən, istəməyən qüvvələrin olduğunu qeyd edən politoloq bildirib ki, Ukraynada sorğu keçirilsə, hər kəs ölkənin müdafiəsi, ərazi bütövlüyünün bərpası, torpaqların azad olunması haqqında fikirlər bildirəcək:

“Ukraynanın keçmiş prezidenti Kuçmanın keçmiş müşaviri Oleq Soskinin fikirləri müəyyən qədər təzadlıdır. Bu fikirlər hazırkı Ukrayna cəmiyyətində olan həmrəyliyi və qələbə inamını sarsıtmaq məqsədi daşıyır. Əlbəttə ki, Soskinin fikirlərinin motivləri aradan götürülüb. Onun bu fikirləri nəyə əsaslanıb deməsini demək bir qədər çətindir.

Ukraynada vətəndaş müharibəsini etmək, hakimiyyətə qarşı qüvvələri qaldırmaq, Zelenskinin istefasının tələb olunması normativləri birbaşa Kremlin istəyidir. Xatırladım ki, müharibənin əvvəlində Rusiyanın kütləvi informasiya vasitələrində deyirdilər ki, artıq Zelenski hakimiyyəti təhvil verəcək və qaçacaq. Hətta Qərb Zelenskinin təxliyəsi üçün təyyarə də ayırmışdı. Lakin gözlənilən baş vermədi və Zelenski xalqın arxasında olduğunu göstərdi, öz iş otağından ayrılmadı, hərbi əməliyyatlarla rəhbərlik etdi, dünyanın müxtəlif bölgələrində siyasi, iqtisadi, hərbi dəstək üçün müraciətlər ünvanladı. Nəticə də göz qabağındadır.

İlyas Hüseynov: “Vətəndaş müharibəsinə cəhdin edilməsinin düşünülmədiyi bir cəmiyyətdə buna səslənmək bir xəyanət göstəricidir”.

Bu gün Ukraynada ciddi əks-hücum ərəfəsində vətəndaş müharibəsi ilə bağlı ittihamları irəli sürmək birbaşa olaraq Rusiyaya işləyən faktordur. Bu faktor Rusiyanın əlini gücləndirən amildir. Hətta, vətəndaş müharibəsinə cəhdin edilməsinin düşünülmədiyi bir cəmiyyətdə buna səslənmək bir xəyanət göstəricidir.

İstənilən halda, Ukrayna cəmiyyətində müharibəni istəyən, istəməyən qüvvələr var. Amma Ukraynada sorğu keçirilsə, hər kəs ölkənin müdafiəsi, ərazi bütövlüyünün bərpası, torpaqların azad olunması haqqında fikirlər bildirəcək. Əlbəttə, hakimiyyətin də bir sıra nöqsanları, qüsurları var. Amma bunu ayırd etmək üçün müharibənin sonun gözləmək lazımdır.

Güclü dövlətlər, güclü cəmiyyətlər, güclü mənəvi-psixoloji və döyüş hazırlığına malik toplumlarda müharibədən sonra bütün məsələlər ayırd edilir. Müharibədən yayınma, döyüş bölgəsinə getməmə, fərarilik, iqtidar və müxalifət düşərgələrində olan abu-hava daha sonra demokratik yollarla çözülür. Düşünürəm ki, Ukrayna bu sınaqdan da çıxmalıdır. Əks halda, müharibə gedə-gedə vətəndaş müharibəsinin baş qaldırması birbaşa olaraq əməliyyatlara təsir edəcək və müharibənin müddətini uzadacaq. Beləliklə də, Rusiya-Ukrayna müharibəsi sonsuza qədər uzana bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar