Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Abdullayeva Fransada aparılan anti-Azərbaycan kampaniyasını pisləyib

Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva son zamanlar Fransada bir qrup siyasətçi, parlament üzvləri, bölgələrin nümayəndələri tərəfindən həyata keçirilən, fransız ictimaiyyətinin yanlış məlumatlandırılmasına xidmət edən anti-Azərbaycan kampaniyası, xüsusilə də bir qrup siyasətçinin Ermənistana göndərilən humanitar yardım maşınlarını müşayiət etmək niyyəti ilə bağlı açıq məktubla çıxış edib.

Səfirliyin sosial şəbəkə platformalarında yayılan bu məktubda özünü Ermənistanın “dostu” kimi təqdim edən bu şəxslərin Fransadakı erməni diasporunun təsiri altında Azərbaycanı qaralamaq cəhdlərinə və ona qarşı guya “humanitar böhranın” yaradılması ilə bağlı tamamilə əsassız ittihamlar irəli sürüldüyünə diqqət cəlb edilir.

Məşhur fransız filosofu Jan-Jak Russonun sözləri ilə “reallığın sərhədlərinin olduğu, xəyal dünyasının isə heç bir sərhəd tanımadığı” qeyd edilərək, bölgədəki reallığın sərhədlərinin beynəlxalq hüquq tərəfindən müəyyən edildiyi və məhz beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycanın suveren ərazisi olduğu vurğulanır. Məktubda Azərbaycanın 2020-ci il müharibəsi nəticəsində öz ərazilərini azad etdiyi, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlanılan bu ərazilərdə törədilən misilsiz dağıntıların nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən bərpa-quruculuq işlərinin həyata keçirildiyi, məhz Azərbaycanın Ermənistan ilə normallaşma prosesinin təşəbbüskarı olduğu, Laçın yolundakı mövcud vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq yol boyu təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin həyata keçirildiyi, o cümlədən sərhəd-keçid məntəqəsinin fəaliyyəti, habelə humanitar məqsədlər üçün istifadə edilməsi məqsədilə təklif edilən Ağdam-Xankəndi yolunun radikal erməni separatçıları tərəfindən blok edildiyi məlumat verilir.

Fransız nümayəndələrin radikal erməni separatçılarını cəsarətləndirən bəyanatlarının Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi və beləliklə də beynəlxalq hüquq pozuntusu olduğu vurğulanır. Müstəqil Azərbaycanın azad etdiyi ərazilərini yenidən qurduğu və bu ərazilərin reinteqrasiyasını həyata keçirdiyi, məhz Azərbaycan xalqının ölkənin gələcəyi ilə bağlı qərar verdiyi qarşı tərəfin diqqətinə çatdırılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi nəzərdən keçirildiyi və onların ölkə Konstitusiyasının bütün vətəndaşlara verdiyi hüquqlardan istifadə edə biləcəkləri qeyd edilir.

Məktubda bu müraciətin məqsədinin heç də “ermənipərəst” Fransız siyasətçilərinin Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı 30 il ərzində susqunluq nümayiş etdirdikləri kimi susmalarını tələb etməkdən ibarət olmadığını, əksinə bu şəxslərin sülh, barışıq, reinteqrasiya naminə və münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşması üçün danışmaları, zamanında Fransa-Almaniya yaxınlaşmasının ölkəyə və bölgəyə verdiyi faydanı erməni dostlarına izah etmələri çağırışı əks olunur. Bölgənin gələcəyi üçün Azərbaycanın sülh istiqaməti yolunu seçdiyi, Ermənistan gələcək inkişaf ilə bağlı hansı istiqaməti seçmək qərarını verməli olduğu vurğulanır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Ən çox oxunanalar