Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub, ölən var - Yenilənib + Foto

Bu gün Ucarda baş verən qəzada xəsarət alan Tahir Əhədov Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb.

APA-nın xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə oğlu, 1984-cü il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq Tahir Əhədov həyatını itirib.

***

Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.

Poliqon.info APA-ya istinadən bildirir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə oğlu, 1984-ci il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra Tahir Əhədov Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Fotolar

Poliqon.info 


 
 


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar