Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp təqribən 3 ildən sonra Twitter-də həbsxanadan şəkilini paylaşdı...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci ilin yanvarından bəri ilk dəfə tvit atıb...

Poliqon CNN-ə istinadən xəbər verir ki, Donald Tramp həbsxana şəklini X sosial şəbəkəsində ilk paylaşımında yerləşdirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp X sosial şəbəkəsində, keçmiş Twitter hesabında paylaşım edib. Bu platformada siyasətçinin paylaşımı 8 yanvar 2021-ci ildən bəri ilk dəfə olaraq ortaya çıxıb.

Sabiq prezident paylaşdığı şəklində mavi kostyum, ağ köynək və qırmızı qalstukdadır. ABŞ-ın 45-ci prezidentinin fotosunu Corciya ştatının Fulton dairə həbsxanasının əməkdaşları çəkib və Tramp bu fotoda qaşbaqlıdır. Qeyd edək ki, əvvəllər heç bir keçmiş Amerika prezidentinin həbsxanada fotosu çəkilməyib.

Şəkilin altında “Heç vaxt təslim olma” və “Seçkilərə müdaxilə” yazıları, həmçinin siyasətçinin internet saytına keçid var.

CNN-in məlumatına görə, Tramp Truth Social-da da paylaşım edərək sosial şəbəkəsini çox sevdiyini və buranın onun evi olduğunu bildirib. Kanal qeyd edir ki, həbsxana sənədlərində Tramp P01135809 nömrəsi altında qeyd olunub.

Xatırladaq ki, avqustun 25-də Tramp Corciya ştatında seçkilərdə qalib gəlmək üçün seçkiyə müdaxilə cəhdində özünü yerli hakimiyyət orqanlarına təslim etmək üçün Atlantaya gedib. O, rəsmi həbs prosedurlarından keçmək üçün Fulton qraflığının həbsxanasına gəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar