Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşaltı şəhidi 31 ildən sonra Giləzi Şəhidlər xiyabanında dəfn olunub - Yenilənib

Daşaltı şəhidi Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub...

“Report”un yerli bürosu xəbər verir ki, şəhidlə vaxtilə yaşadığı evə vida mərasimi keçirilib.

Mərasimdən sonra A.Rüstəmovun cənazəsi yaylım atəşi və Dövlət Himninin sədaları altında Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşən və Vətən müharibəsindən sonra basdırıldığı yer müəyyənləşdirilən Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsinə gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, şəhidin cənazəsini qəsəbənin girişində ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Hazırda A.Rüstəmovun meyitinin qalıqları Giləzidə doğulub, boya-başa çatdığı evinə aparılır. Burada şəhidlə vida mərasimi keçiriləcək.

Mərasimdən sonra A.Rüstəmov Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Rüstəmov Araz Bağı oğlu 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub.

1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb. 2020-ci noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir

Ən çox oxunanalar