Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin öldürülməsi Rusiyada hansı proseslərin getdiyindən xəbər verir?

Yevgeni Priqojinin təyyarə qəzasında öldüyü və yaxud öldürüldüyü xəbəri dünya informasiya məkanında bomba effekti yaradıb...

Politoloq: “Priqojinin öldürülməsi Rusiyanın hərbi-siyasi elitasında terror vasitəsilə fiqurların, yəni elita üzvlərinin öldürülməsi tendensiyasının bünövrəsini qoydu”.

“Priqojinin ölümünün Rusiya-Ukrayna məsələsinə təsirinə gəlincə isə deyə bilərəm ki, bunun müharibəyə elə də ciddi təsiri olmayacaq”.

Bu sözləri politoloq Natiq Miri Yevgeni Priqojinin ölümünü Poliqon-a şərh edərkən qeyd edib.

“Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında öldüyü xəbəri dünya informasiya məkanında bomba effekti yaradıb. Qəzadan öncə təyyarədə ardıcıl iki güclü partlayış olduğunu əks etdirən görüntülər var. Qəza zamanı təyyarənin göyərtəsində olan 10 nəfərin hamısının öldüyü bildirilir.

Priqojinin ölümü, ya da öldürülməsi Rusiyada hansı proseslərin getdiyindən xəbər verir? Həmçinin, “Vaqner” liderinin ölümünün Rusiya-Ukrayna müharibəsinə hər hansı təsir edə bilərmi?

Rusiyanın siyasi elitasında baş verənləri Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu faktın özü bir daha onu göstərir ki, bunu planlaşdıran və onun əmrini verənlər demək istəyir ki, hakimiyyətə qarşı çıxanlar mütləq mənada cəzalanmalıdır”.

“Vaqner”in Afrikaya köçməsinin artıq muzdluların Ukrayna cəbhəsindən hər hansı bir fəaliyyətinin olmayacağını göstərildiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, buna görə də indi hansısa ciddi təsir imkanlardan danışmaq doğru olmaz:

“Priqojinin öldürülməsi Rusiyanın hərbi-siyasi elitasında terror vasitəsilə fiqurların, yəni elita üzvlərinin öldürülməsi tendensiyasının bünövrəsini qoydu. Doğrudur, əvvələr də, bu cür təcrübələr olub. Amma bunlar Rusiyaya xəyanət edən, vəzifəsindən istefa verəndən sonra başqa ölkələrə köçən KKB strukturlarında çalışan insanlarla bağlı olub.

Amma bir də Berezovski faktı var. Berezovski Rusiyanın siyasi elitasına aid ola insan idi. O, baş nazirin müavini işləmişdi, milyarderdi və Putinin hakimiyətə gəlməsində xüsusi rol oynamışdı. Sonradan onun Putinlə yolları ayrıldı və oliqarx ölkədən qaçmağa məcbur oldu. Daha sonra öz evində ölü tapıldı. Priqojin də Rusiya prezidenti Vladimir Putin hakimiyyətinə qarşı çıxmışdı. Bununla bağlı Priqojin həbs oluna bilərdi. Bu da bir növ güc nümayişi və üsyana çıxanların cəzalandırılması örnəyi ola bilərdi. Ancaq bu yolla gedilmədi.

Maraqlıdır ki, bu gün sui-qəsd, terror vasitəsilə Priqojin və onun komandanlığı bir təyyarədə tamamilə məhv edildi. Bu faktın özü bir daha onu göstərir ki, bunu planlaşdıran və onun əmrini verənlər demək istəyir ki, hakimiyyətə qarşı çıxanlar mütləq mənada cəzalanmalıdır. Onların da aqibəti bu cür olacaq. Ancaq bu həm də hərbi-siyasi elitanın daxilində bir presiders yaradır. Bundan sonra kiminsə kimdənsə xoşu gəlmirsə, bu cür sui-qəsdlər vasitəsilə onları aradan götürmək tendensiyasını ortaya qoyur. Bu da Rusiya dövlətçiliyi üçün təhlükə vəd edir.

Natiq Miri: “Priqorjinin Ukrayna cəbhəsinə dönmək ehtimalı da sıfıra bərabər idi”.

Priqojinin ölümünün Rusiya-Ukrayna məsələsinə təsirinə gəlincə isə deyə bilərəm ki, bunun müharibəyə elə də ciddi təsiri olmayacaq. Çünki Vaqner artıq Ukrayna cəbhəsindən çıxmışdı. Onun bundan sonra Ukrayna cəbhəsinə dönmək ehtimalı da sıfıra bərabər idi. Məhz bu xüsusda onu Belarusa göndərdilər. Rusiya Belarus oyunu kontekstindən Şərqi Avropa ölkələrinə, eyni zamanda Baltikyanı ölkələrə müəyyən təsir yaratmaqla təzyiq etmək istədilər. Amma sonra Vaqnerin maliyyələşməsi dayandırıldı. Yəni Rusiya bu maliyyələşmədən imtina etdi. Belarusiya da bunu öz üzərinə götürmədiyi üçün Vaqner rəhbərliyi Belarusdan Afrikaya köçməyə qərar verdilər. Əlbəttə ki, bu dövlət səviyyəsində alınan bir qərar idi.

Ancaq hər bir halda düşünürəm ki, Vaqnerin Afrikaya köçməsi artıq Vaqnerin Ukrayna cəbhəsindən hər hansı bir fəaliyyətinin olmayacağını göstərirdi. Buna görə də indi hansısa ciddi təsir imkanlardan danışmaq doğru olmaz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar