Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Dağlı şikayət hüququndan istifadə etmədi, həbsxanaya köçürülür - Video

Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib...

Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu günə qədər nə Rəşad Dağlı və vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti veriblər.

Meyxanaçıya ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən aşağı sanksiya həddində (CM-nin 120.1-ci maddəsi ilə 9 il, 228.4 - 6 ay) həbs cəzası təyin edilib. Görünür, Rəşad Dağlı hökmdən razı qalıb, bu səbəbdən yenidən hakim qarşısına çıxmaq istəməyib.

Qanunvericiliyə görə, tərəflər bundan sonra apellyasiya şikayəti vermək istəsələr, müddətin bərpa edilməsi üçün əsaslı səbəblə məhkəməyə müraciət etməlidirlər.

Qeyd edək ki, dövlət ittihamçısı, vəkil və zərərçəkmiş tərəf hökm elan olunduğu, təqsirləndirilən şəxs isə hökmün surətini aldığı vaxtdan 20 gün müddətinə şikayət verə bilər. Bu müddət başa çatdıqdan sonra hökm qanuni qüvvəyə minir, təqsirləndirilən şəxs məhkum kimi cəzaçəkmə müəssisəsinə köçürülür.

Qeyd edək ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ən çox oxunanalar