Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçikanın Cənubi Qafqaza maraq nümayiş etdirməsi...

Belçikanın xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfərinə Ermənistandan başlayıb...

Siyasi-şərhçi: “Avropa İttifaqında Cənubi Qafqazla bağlı ikitirəlik əlbəttə ki, həm Azərbaycana, həm də Cənubi Qafqaza qarşı siyasətdə böyük problemlər yaradır”.

“Burada ən əsas maraqlı məsələ ondan ibarətdir ki, hal-hazırda Avropa İttifaqında Azərbaycanla bağlı məsələlərdə parçalanma, ikitirəlik var”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Belçikanın xarici işlər nazirinin Ermənistana səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Belçikanın xarici işlər naziri Hadija Labib Cənubi Qafqaz ölkələrinə səfərinə Ermənistandan başlayıb. Belçikalı diplomat İrəvanda Ermənistanın ünvanına xeyli tərif səsləndirdikdən və ənənəvi “Laçın yolu açılmalıdır” açıqlamasını verdikdən sonra deyib ki, “Brüsseldəki son danışıqlar göstərdi ki, ErmənistanAzərbaycan sülh sazişi bağlamağa yaxındırlar”.

Davamlı olaraq Ermənistanın mövqeyindən çıxış edən Belçikanın Cənubi Qafqaza maraq nümayiş etdirməsi nədən xəbər verir? Hansı geofaktorlar Brüsselin bizim regionda aktivləşməsini tələb edir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Demək olmaz ki, Qarabağ məsələsinə görə məhz Belçika krallığı hər hansısa fəallıq nümayiş etdirir”.

Ermənistanın böyük brilyant alverinin bir zəncir hissəsi olduğunu xatırladan ekspert Poliqon-a bildirib ki, Afrikadan brilyantlar Ermənistana, Ermənistandan da dünyanın brilyant bazarı sayılan Belçikaya gedir:

“Bu Belçikanın xarici işlər nazirinin Ermənistana regional səfəridir. Demək olmaz ki, Qarabağ məsələsinə görə məhz Belçika krallığı hər hansısa fəallıq nümayiş etdirir. Belçika rəsmisinin sonuncu Ermənistan səfərini xatırlamaq olmur. Bu səfər təxmini 10-15 il bundan öncə olub.

Ənənəvi olaraq Belçika Ermənistanla ən çox ticarət edən ölkələrdəndir. Çünki 1990-cı illərin sonundan 2000-ci ilin əvvəlinə qədər Ermənistandan Belçikaya brilyantlar gedirdi. Ermənistan böyük brilyant alverinin bir zəncir hissəsində idi. Afrikadan brilyantlar Ermənistana, Ermənistandan da dünyanın brilyant bazarı sayılan Belçikaya gedirdi. Bu ticarət fərqli illərdə 200-300 milyon dollar arasında olurdu. Hətta, Ermənistandan Belçikaya kantrabanda yolu ilə də brilyantların gedib gəlməsi yolu mövcud idi.

Fərhad Məmmədov: “Avropanın ikitirəliyi həm Azərbaycana, həm də Cənubi Qafqaza qarşı siyasətdə böyük problemlər yaradır”.

Belə baxanda, Belçika da Avropanın bir hissəsidir. Belçika ümumi Avropa İttifaqının xarici siyasətinin bir parçasıdır. Burada ən əsas maraqlı məsələ ondan ibarətdir ki, hal-hazırda Avropa İttifaqında Azərbaycanla bağlı məsələlərdə parçalanma, ikitirəlik var. Praqmatik siyasətin tərəfdarları Şarl Mişel, Ursula von der Leyen kimi siyasətçilər, İtaliya, Macarıstan, Rumıniya kimi ölkələr var. Bir tərəfdən də ermənipərəst siyasəti həyata keçirən Fransa, Avropa Parlamenti, Avropa İttifaqının xarici siyasətinə cavabdeh olan şəxs Barel var.

Bu ikitirəlik əlbəttə ki, həm Azərbaycana, həm də Cənubi Qafqaza qarşı siyasətdə böyük problemlər yaradır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Ən çox oxunanalar