Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Yaxın bir ayda “Tərtər qətliamı”nın istintaqı ilə bağlı tamamilə başqa bir gündəmin şahidi olacağıq...

“Tərtər işi” nə görə yüksəkrütbəli hərbçilər, məmurlar niyə məhkəməyə çağırılmırlar?..

Siyasi-şərhçi: “Tərtərdə törədilmiş qətliamla bağlı aparılan istintaqı və indiki məhkəmə prosesini qənaətbəxş hesab etmirəm”.

“Bu cür fiqurların istintaqdan uzaq saxlanılması onu göstərir ki, cinayəti yenə də hansısa kiçik və orta firqurlar üzərində saxlamaq istəyirlər”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu “Tərtər işi”nə görə aparılan istintaqı Poliqon-a şərh edərkən qeyd edib.

Tərtər işi”nə görə yüksəkrütbəli hərbçilərin, məmurların məhkəməyə çağırılmaması birmənalı qarşılanmır. Xüsusilə sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun məhkəməyə dəvət edilməməsi, eləcə də generallar Hikmət Həsənov, Mais Bərxudarov, sabiq baş prokuroru Zakir Qaralov, hərbi prokuror Xanlar Vəliyevin və başqalarının dindirilməməsi cəmiyyətin prosesə inamını sarsıdır.

Azərbaycan Ordusunda vaxtilə baş vermiş qanun pozuntuları və törədilmiş cinayətlərlə bağlı hazırda aparılan məhkəmə-istintaq proseslərini necə dəyərləndirmək olar?

Tərtər işi” ilə bağlı görülən tədbirləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Bu işi 2019-cu ildəki kimi hansısa kiçik fiqurların üzərində bağlamaq mümkün olmayacaq”.

Bəzilərinin “Tərtər cinayəti”ni törədənlərin cəzalandırılmasının istəyinin olmadığını vurğulayan ekspert Poliqon-a bildirib ki, bu o məsələni ictimai-siyasi gündəmdən çıxarmayacaq:

Tərtərdə törədilmiş qətliamla bağlı aparılan istintaqı və indiki məhkəmə prosesini qənaətbəxş hesab etmirəm. Ümumiyyətlə, belə görünür ki, həm istintaqın, həm də məhkəmənin məqsədi bundan ibarətdir ki, cinayətin əsas təşkilatçılarını cəzadan kənarda saxlasınlar. Həmin səbəbdən də cinayətin açar fiqurları olan nə korpus komandirləri Hikmət Həsənov, nə də Mais Bərxudarov cinayədən uzaq tutulur. Digər tərəfdən onlardan daha yüksək vəzifədə olan Nəcməddin Sadıqov və Zakir Həsənov, bu məsələyə qərar verə bilərdilər. Yəni, korpus komandirləri yalnız bu iki şəxsə tabe idilər. Eyni zamanda onu da qeyd edim ki, korpus komandirləri Ali Baş Komandana da tabedirlər.

Bu cür fiqurların istintaqdan uzaq saxlanılması onu göstərir ki, cinayəti yenə də hansısa kiçik və orta firqurlar üzərində saxlamaq istəyirlər. 2019-cu ildə belə məhkəməyə, istintaq oldu və onların nə ilə yekunlaşdığını bilirik. Məhz onun nəticəsi idi ki, 2021-ci ilin dekabrında təkrar istintaqa qərar verməli oldular. Amma görünən budur ki, həmin oyunlar, davranışlar yenə təkrar olunur.

Məqsədi anlamaq üçün bəzi incə detallara diqqət yetirmək lazımdır. Məsələ burasındadır ki, təkcə Hikmət Həsənov, Mais Bərxudarov və Nəcməddin Sadıqov deyil, hətta onlara qarşı kimlər konkret ifadə verə bilərsə, o şəxslərin özlərini belə birbaşa istintaqa cəlb etməyiblər. Onları istintaqa cəlb ediblərsə də, şahid qismində ediblər və ifadələri də çox müəmmalıdır. Halbuki, yüzlərlə zərərçəkmiş birbaşa göstərir ki, Hikmət Həsənov birinci korpusda, onlarla şahid göstərir ki, Mais Bərxudarov ikinci ordu korpusunda məhz bu cinayətin təşkilinə rəhbərlik ediblər.

Ərəstun Oruclu: “Görünən odur ki, “Tərtər cinayəti”ni törədənlərin cəzalandırılması istəyi yoxdur”.

Tərtərdə törədilmiş qətliam artıq iki ildən çoxdur ki, Azərbaycanın ictimai və siyasi gündəmidir. Bu işi 2019-cu ildəki kimi hansısa kiçik fiqurların üzərində bağlamaq mümkün olmayacaq. Artıq bütün Azərbaycan cəmiyyəti nə baş verdiyini bilir və cinayətdən xəbərdardırlar. Biz öz fəaliyyətimizdə siyasi hakimiyyətə istinad edirik ki, cinayət törədilib, cinayəti törədənlər bəllidir, qərar verin bu cinayət tam ifşa olunsun və hüquqi dəyərləndirmə həyata keçirilsin. Amma nəyinki bunu etmirlər, hətta, zərərçəkmişlərə kompensasiyaların ödənilməsini belə həyata keçirmək istəmirlər.

Məsələn məhkəmə qərarları ilə əsasız cəzalandırılmış, ordu sıralarından təxliyə olunmuş şəxslərin orduya qayıtması və kompensasiyaların ödənilməsi qərarlarına Müdafiə Nazirliyi açıq şəkildə müqavimət göstərir. Maliyyə Nazirliyi o kompensasiyaları ödəməmək üçün bütün məhkəmə qərarlarından apellyasiyaya şikayət verib. Beləliklə də, bilirlər ki, insanlar məhkəmə çəkişmələrinə başları qarışdıqları üçün bu məsələdə fəal ola bilməyəcəklər. Belə bir mənzərə formalaşıb.

Görünən odur ki, “Tərtər cinayəti”ni törədənlərin cəzalandırılması istəyi yoxdur. Amma bu o demək deyil ki, məsələ ictimai-siyasi gündəmdən çıxacaq. Əksinə məsələ daha da ictimailəşəcək. Hər halda, düşünürəm ki, yaxın 15-20 gündə, uzağı bir ayda “Tərtər qətliamı”nın istintaqı, məhkəməsi ilə bağlı biz tamamilə başqa bir gündəmin şahidi olacağıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar