Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyadan 3 il sonra xaricə ilk sərnişin uçuşu edilib...

COVID-19 pandemiyasının başlamasından sonra sərhədlərini bağlayan Şimali Koreya təxminən 3 ildən sonra xaricə ilk sərnişin təyyarəsi uçuşunu edib...

Poliqon xəbər verir ki, “Flightradar24” uçuş izləmə saytının məlumatına görə, milli aviaşirkət “Air Koryo”nun Şimali Koreyanın paytaxtı Pxenyandan havaya qalxan “JS151” reysi Çinin paytaxtı Pekinə enib.

Uçuş COVID-19 pandemiyasının başladığı 2020-ci ilin əvvəlindən Şimali Koreyadan ilk beynəlxalq sərnişin reysi olub. Pxenyan administrasiyası pandemiya səbəbilə sərhədlərini bağlayarkən sərnişin reyslərini dayandırmışdı.

“Air Koryo”nun dünən planlaşdırılan Pxenyan-Pekin reysi naməlum səbəblərdən təxirə salınmışdı.

Keçən ay paytaxt Pxenyandan keçirilən hərbi mərasimə Çin və Rusiya rəsmiləri qatılıb. Bu, pandemiya başlayandan bəri ölkəyə səfər edən ilk xarici nümayəndə heyətləri olub.

Digər tərəfdən, ötən həftə Şimali Koreyanın taekvondo üzrə milli komandasının idmançıları Qazaxıstanda keçirilən dünya çempionatında iştirak etmək üçün bu ölkəyə qatarla getmək üçün quru yolu ilə Pekinə hərəkət ediblər.

NK News nəşri xəbər verir ki, “Air Koryo” avqustun 25 və 28-də Pxenyandan Rusiyanın Vladivostok şəhərinə iki sərnişin reysi planlaşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar