Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diaspor təşkilatları və Koordinasiya Şuraları bəyanat yayıblar

Xarici ölkələrdə fəaliyyət göstərən 15 Koordinasiya Şurası və 38 ölkədəki Azərbaycan diaspor təşkilatı Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət və Azərbaycanın sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib...

Müraciətdə deyilir:

“Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən sonrakı vəziyyətlə bağlı qalmış aktual problemlərə diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, Ermənistanda revanşist əhval-ruhiyyəli qüvvələr və dünyadakı erməni diasporu bölgədə dayanıqlı sülhə nail olmaq məsələsini çətinləşdirir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dəhşətli dağıntılar və ekoloji terror törətdiyini, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbçisinin öldüyünü və yaralandığını bir daha xatırladan diaspor təşkilatları bəyan ediblər ki, erməni tərəfinin əsassız iddialarına baxmayaraq, Qarabağla bütün kommunikasiya yolları açıqdır.
Azərbaycanın yeganə tələbinin öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumaq olduğu və bu tələbin beynəlxalq hüquq normalarına tam uyğun gəldiyi, Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma işləri aparan ölkəmizin münaqişədə və yeni iğtişaşlarda maraqlı olmadığı diqqətə çatdırılıb. “Biz sülhü çox istəyirik – bu, bizim sarsılmaz mövqeyimiz olaraq qalmaqdadır”.

Diaspor təşkilatları beynəlxalq ictimaiyyəti iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə deyil, konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb. “Yalnız anlaşma, əməkdaşlıq və qarşılıqlı hörmət sayəsində regionumuzun çox ehtiyac duyduğu dayanıqlı sülhə nail olacağımıza ümid edə bilərik”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar