Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korotçenko: “Ermənistanın siyasi tamaşa oynamaq cəhdləri uğursuzluğa məhkumdur”

“Ermənilərin Qarabağda qondarma “humanitar böhran” ilə bağlı bəyanatları tamamilə sünidir və siyasiləşdirilib”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi humanitar yüklərin tədarükü və çatdırılmasını təmin etmək üçün Ağdam-Xankəndi yolunu təklif edib: “Moskvada Azərbaycan, ErmənistanRusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən danışıqlarda bu təklif bəyənilib. Üstəlik, Qarabağ erməniləri ilə Azərbaycanın rəsmi hakimiyyət orqanlarının nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılıb. Lakin separatçılar İrəvanın dəstəyi ilə əldə olunan bütün razılaşmaları ləğv edib və pozublar. Bundan əlavə, Laçın yolunun açılmasını tələb edən və faktiki olaraq ultimatum irəli sürən separatçılar Ağdam-Xankəndi avtomobil yoluna beton bloklar düzərək bu yol boyu yüklərin daşınması imkanını tamamilə əngəlləyiblər”.

Politoloqun fikrincə, Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi İrəvanın özünü qurban kimi göstərmək cəhdlərinə dəlalət edir və bu, heç nəyə gətirib çıxarmayacaq: “Yalnız Azərbaycan tərəfinin irəli sürdüyü və Moskvada üçtərəfli görüşdə nəzərdən keçirilən təkliflər mövcud vəziyyətə real alternativ ola bilər”.

Ermənistanın bu siyasi tamaşanı oynamaq cəhdləri uğursuzluğa məhkumdur, beynəlxalq erməni lobbisinin heç bir səyi bu vəziyyəti dəyişə bilməz”, - İ.Korotçenko sonda vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən çox oxunanalar