Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qusar-Quba yolunda avtobus aşıb, 19 nəfər yaralanıb -Yenilənib

Qusardan Quba istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb...

Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu qəzaya düşüb. Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

***

Bu barədə “Report”un Şimal bürosu xəbər verir.

İlkin məlumata görə, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ən çox oxunanalar