Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrikadakı Fransa-Rusiya qarşıdurması Cənubi Qafqaza sıçraya bilərmi?

Afrikada artıq açıq cəbhə halına keçən Fransa-Rusiya qarşıdurması Cənubi Qafqaz sışraya bilərmi?...

Politoloq: “Cənubi Qafqaz Mərkəzi Afrikadan və yaxud da Afrika qitəsinin digər bölgələrindən özünün həm mədəni inkişafına, həm də mübarizə ənənələrinə görə köklü surətdə fərqlənir”.

“Zənnimcə Qafqazın gələcəyi həm Rusiyasız, həm Fransasız, həm də hər hansı kənar müdaxiləsiz bir vəziyyətdə olacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli Fransa-Rusiya qarşıdurmasının Cənubi Qafqaza sıçramasını Poliqon-a şərh edərkən qeyd edib.

Fransa bütün beynəlxalq platformalarda Ermənistandan rupor kimi yararlanmağa çalışır və belə görünür ki, Parisdə Ermənistanı Fransanın Qafqaza çıxış qapısı kimi görürlər. Baş verənlər təbii ki, Moskvanı da çox ciddi narahat edir və Moskva cavabını Parisin dominant olduğu Qərbi Afrikada verməyə çalışır.

Afrikada artıq açıq cəbhə halına keçən Fransa-Rusiya qarşıdurması Cənubi Qafqaz sışraya bilərmi və belə bir vəziyyət regiona nə vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Cənubi Qafqaz hər hansı bir kənar müdaxiləsiz, hər hansı bir imperiyadan uzaq, hətta deyərdim ki, azad ölkələr sistemi kimi formalaşıb inkişaf edəcək”.

Ömrü boyu kimlərinsə əlində alət olmuş Ermənistanın da nəhayət yaxın gələcəkdə Qafqaz ideyası altında birləşməyə razı olacağını vurğulayan politoloq bildirib ki, Gürcüstan onsuz da Azərbaycanla birlikdə Qafqaz ideyasının müəlliflərindəndir:

“Afrika koloniya və müstəmləkə ənənələri olan ölkədir. Orada ölkələrin bütünlüklə müstəmləkə rejimi altına salınması yüzilliklər boyu davam edib. Hər nəqədr Fransa kimi kolonial siyasət yürüdən ölkələr bunu etiraf etməsələ də, bu gün də Afrikada müstəmləkə siyasəti bu və ya digər şəkildə davam edir.

Cənubi Qafqaz Qərbi və Mərkəzi Afrikadan və yaxud da Afrika qitəsinin digər bölgələrindən özünün həm mədəni inkişafına, həm də mübarizə ənənələrinə görə köklü surətdə fərqlənir. Bəli, Fransa Cənubi Qafqaza can atır. Bunun üçün də alət kimi Ermənistandan istifadə edir. Amma Rusiyanın burada olan nüfuzu Cənubi Qafqaza Fransanın daxil olmasına imkan verməyəcək. O cümlədən, Azərbaycan da, Türkiyə də Cənubi Qafqaza Fransanın bu və ya digər formada müdaxiləsinə və burada təsir imkanlarına malik olmasına imkan verməyəcək.

Qabil Hüseynli: “Fransa Cənubi Qafqaza can atır. Bunun üçün də alət kimi Ermənistandan istifadə edir”.

Bu nöqteyi-nəzərdən mənim zənnimcə Qafqazın gələcəyi həm Rusiyasız, həm Fransasız, həm də hər hansı kənar müdaxiləsiz bir vəziyyətdə olacaq. Guman edirəm ki, ömrü boyu kimlərinsə əlində alət olmuş Ermənistan da nəhayət Qafqaz ideyası altında birləşməyə razı olacaq. Gürcüstan onsuz da Azərbaycanla birlikdə Qafqaz ideyasının müəlliflərindəndir.

Beləliklə də, Cənubi Qafqaz hər hansı bir kənar müdaxiləsiz, hər hansı bir imperiyadan uzaq, hətta deyərdim ki, azad ölkələr sistemi kimi formalaşıb inkişaf edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Samir Əsədlidən Yardımlı seçicilərinə mesaj: “Hər zaman yanınızda olacam”

Ən çox oxunanalar