Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kino ittifaqlarının birləşməsinə münasibət: “Arvadın bir əri olar, iki əri olanda...”

İyulun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) İdarə Heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib. Birləşən təşkilatlar isə bundan sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılacaqlar...

Bəs görəsən, kino ittifaqlarının birləşdirilməsinə aktyorların münasibəti necədir? Onlar bu birliyin sədri olaraq kimi görmək istəyirlər?

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bir neçə aktyor ilə danışıb.

Xalq artisti Firəngiz Mütəllimova heç bir ittifaqa üzv olmadığını söyləyib:

“Mən heç bir ittifaqın üzvü deyiləm. Ona görə də daxili işlərdən xəbərim yoxdur. Hər iki ittifaqın sədrinə böyük hörmətim var. Şəfiqə xanım da, Rasim bəy də bizim dəyərli sənətkarlarımızdır. Hər halda üzv olanlar seçki edib, sədri seçəcəklər. Mən bilmədiyim məsələyə müdaxilə edə və münasibət bildirə bilmərəm. Teatr ilə bağlı olsaydı, fikrimi deyərdim”.

Xalq artisti Valeh Kərimov kino ittifaqlarının birləşdirilməsinin çox düzgün qərar olduğunu vurğulayıb:

“Hər iki ittifaqın vahid adda birləşməsi doğru qərardır. Bundan yaxşı qərar ola bilməzdi. Faydalarını görəcəyik. Əsas faydası odur ki, bir nəfərin sözü eşidiləcək. El arasında belə bir məsəl var ki, arvadın bir əri olar, iki əri olanda vəziyyət yaxşı olmur”.

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva əlavə edib ki, barmaqlar yumruq kimi birləşəndə inkişaf da olacaq:

“Düşünürəm ki, hər iki təşkilatın birləşməsi çox gözəl oldu. Barmaqlar yumruq halında birləşəndə, inkişaf da olacaq. Yalnız sənət naminə işlər görülməlidir. Lakin az da olsa, rəqabət də olmalıdır. Təşkilata ağıllı, kinoya dəyər verəni rəhbər seçsinlər, özünü düşünəni yox. Sənəti sevən olmalıdır ki, kinonun inkişafına səy göstərsin. Aktyorlara ata qayğısı göstərsin”.

N.Allahverdiyeva filmlərdə aktrisa kimi lazımi qədər istifadə olunmadığını vurğulayıb:

“Mən çox istəyərdim ki, kinomuz inkişaf etsin. Aktrisa kimi fikirləşirəm ki, kinoda lazımi qədər istifadə olunmadım. Bizim nəsil kinoda müəyyən səbəblərə görə, o qədər də çəkilmədik. Çox istərdim kinostudiyamız təmir olunsun. Əvvəllər orada qızğın işlər gedirdi. İstərdim yenidən olsun. Mənə elə gəlir ki, olacaq. Buna inanıram. Hər halda kinonu, sənətini sevən, onun inkişafında əməyini sərf edən insan sədr seçilməlidir. Kreslo üçün sədr gəlməməlidir, kinomuza can yandırmaq lazımdır”.

Xalq artisti Məleykə Əsədova kino ittifaqlarının birləşməsindən xəbərdar olduğunu söyləyib:

“Bu aralar çox məşğulam. Lakin ittifaqların birləşməsindən xəbərdaram. Mənim sözün əsl mənasında bütün sənətkarlara böyük hörmətim var. Şəfiqə xanım da, Rasim bəy də hər ikisi böyük sənətkarlardır. Sənəti olan sənətkarları Allah var etsin! Yalnız bu qədər deyə bilərəm”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar