Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN: Ermənistan və Azərbaycan heç bir şərtlə sülh müqaviləsinə hazır deyil...

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Ermənistan və Azərbaycan Moskvanın deeskalasiya ilə bağlı təkliflərini “ev tapşırıqları kimi” qəbul ediblər...

ErmənistanAzərbaycan heç bir şərtlə sülh müqaviləsi bağlamağa hazır deyillər, tərəflər hələ də bəzi çətin məsələləri həll etməlidirlər.

Poliqon xəbər verir ki, bu barədə avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS Agentliyinə müsahibəsində deyib.

Bakıdan və İrəvandan onların sülhün mümkün qədər tez əldə edilməsinə sadiqlikləri barədə siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır”, deyə Qonçar bildirib.

Qonçarın sözlərinə görə, iki ölkə arasında sülhün bərqərar olmasına mane olan ən mühüm problem təhlükəsizliyin təmin edilməsi, eləcə də Bakının qanun çərçivəsində Qarabağ ermənilərinin hüquqlarının təminat altına alınması məsələsidir.

Rusiya XİN nümayəndəsi əlavə edib ki, Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında ErmənistanAzərbaycana fəal kömək edir. O, qeyd edib ki, belə bir sazişin hazırlanması Rusiya rəhbəri, Azərbaycan prezidenti və Ermənistanın Baş naziri arasında üçtərəfli sazişlərin elementlərindən biridir.

Qonçar həmçinin bildirib ki, ErmənistanAzərbaycan regionda gərginliyin azaldılması üçün Rusiyanın təkliflərini “ev tapşırıqları kimi” qəbul ediblər.

“İyulun 25-də Moskvada Rusiya, AzərbaycanErmənistan xarici işlər nazirləri səviyyəsində son təmaslar Dağlıq Qarabağda son dərəcə çətin vəziyyət fonunda baş tutub. Həssas detalları açıqlamadan deyə bilərəm ki, gərginliyin azaldılması üçün kompromis həll yolları təklif edilib”, deyə Qonçar bildirib.

Moskva ümid edir ki, insanlar üçün qayğı və humanitar mülahizələr YerevanBakı arasında siyasi fikir ayrılıqlarını üstələyəcək”, deyə Rusiya XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, Rusiya XİN rəsmisinin bu açıqlamaları Moskvanın Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında heç də maraqlı olmadığından xəbər verirlir və bu, artıq Rusiya rəsmiləri tərəfindən açıq şəkildə etiraf olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Ən çox oxunanalar