Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntim görüntüləri yayılan məktəb direktoru işdən çıxarıldı - Yenilənib + Video

İntim görüntüləri ilə şantaj olunan Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov vəzifəsindən azad edilib.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən gün mediada Ucar rayonu Alpout kənd Ş.Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimovla bağlı qeyri-etik videogörüntülər yayımlanıb:

“Məsələ ilə bağlı araşdırma aparılıb və sözügedən məktəbin direktoru tutduğu vəzifədən azad edilib”.

***

İntim görüntüləri ilə şantaj olunan Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov işdən çıxmaq üçün ərizəsini Mərkəzi Aran Regional Təhsil İdarəsinə təqdim edib. 

O, bu barədə Oxu.Az-a açıqlmasında bildirib.

O.Rəhimov qeyd edib ki, artıq könüllü sürətdə işdən çıxıb:

“Türk qız tərəfindən şantaj edilirəm və hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Daha heç nə danışmaq istəmirəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, O.Rəhimov Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib:

“Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub”.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

Qeyd edək ki, Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.

Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdırılmasını tələb edir. 

Poliqon.info 


Etiket: Direktor


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar