Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ciddədə 50-dən artıq ölkə “Zelenskinin sülh formulu”nu müzakirə edəcək...

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlısülh sammitində prezident Zelenskinin sülh düsturunu müzakirə edəcəyi və bu il bu təkliflərlə bağlı qlobal sammitə ev sahibliyi edəcəyi gözlənilir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Agentlik qeyd edir ki, “Zelenskinin sülh formulu”na 10 bənd daxildir.

Bura Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması, bütün hərbi əsirlərin və deportasiya edilənlərin azad edilməsi, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ukraynanın təhlükəsizliyinə zəmanət və Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nizamın bərpası ilə bağlı bəndlər var.

Bloomberg qeyd edir ki, sammit iştirakçılarının yekun siyahısı hələ təsdiqlənməyib və bu siyahı dəyişə bilər. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Kiyev layihəni 50-dən çox ölkə ilə müzakirə edir. Sammitdə Türkiyə, Hindistan və Braziliya da iştirak edəcək.

Xəbərdə qeyd edilir ki, Pekin və digər ölkələr də öz təşəbbüslərini irəli sürürlər. Rusiya isə Ukraynada sülh müzakirələrinə dəvət edilməyəcək. Bloomberg qeyd edir ki, Putin indiyədək ciddi danışıqlara az maraq göstərib.

Agentlik yazır ki, Ukrayna ilin sonuna qədər “sülh formulunu” bağlı 50-yə qədər aparıcı ölkə ilə razılaşmağa ümid edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar