Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaqif Xaçaturyanı hansı cəza gözləyir?

Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində Birinci Qarabağ müharibəsində Ermənistanın etnik təmizləmə siyasətinin icraçılarından biri olmuş şəxsi - Vaqif Xaçaturyanı saxlayıblar.

Baş Prokurorluğun məlumatına əsasən, Xaçaturyan 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımını, deportasiyasını həyata keçirib, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv edib. 

Xaçaturyan Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilir. 

Məcəllənin 103-cü maddəsinə əsasən, soyqırımı:

- Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmək,

- Qrup (milli, irqi, dini) üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurmaq,

- Qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratmaq,

- Qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmək deməkdir.

Bu məqsədlə törədilən cinayətlərə görə on dörd ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

 
Sözügedən Məcəllənin 107-ci maddəsinə görə isə, əhalini deportasiya etmə və ya məcburi köçürmə:

 - Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salmaq deməkdir.

Bu cinayəti törədən şəxs on ildən on beş ilədək azadlıqdan məhrum edilə bilər.

Vaqif Xaçaturyanın əməlləri xüsusilə ağır cinayətlər kimi təsnif edilə bilər. Bu zaman cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilir.

Bu halda azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrumetmə növündə isə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. (oxu.az)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Ən çox oxunanalar