Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda şahmat üzrə Dünya Kubokunun açılış və püşkatma mərasimi keçirilib

Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib...

"Report"un məlumatına görə, Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.

Əvvəlcə səhnəyə şahmat xanaları gətirilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasında maraqlı səhnəcik təqdim olunub. Ardınca Dövlət Himni səsləndirilib.

Bundan sonra Azərbaycanda şahmatın inkişafı və təbliğatından bəhs edən videoçarx göstərilib.

Açılış mərasimində çıxış edən Fərid Qayıbov yubiley - 10-cu Dünya Kubokunun Bakıda təşkilinin təsadüf olmadığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev ili" elan olunduğunu xatırladıb. Şahmatın Azərbaycanda çox sevilən idman növü olduğunu söyləyən nazir bu məsələdə dövlətin qayğısını xüsusi vurğulayıb. F.Qayıbov sonda iştirakçılara uğurlar arzulayaraq onların Bakıda səmərəli vaxt keçirəcəklərinə inamını ifadə edib.

Daha sonra söz Mahir Məmmədova verilib. Qonaqları salamlayan federasiya prezidenti Azərbaycanın əsl şahmat ölkəsi olduğunu söyləyib. O, ölkədə şahmatın dövlət siyasəti olduğunu qeyd edib. Azərbaycan qrossmeysterlərinin beynəlxalq yarışlardakı uğurlarından söz açan M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirib. O, Bakıdakı yarışın ədalətli və barışmaz mübarizə ilə yadda qalacağını əlavə edib. M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.

FIDE prezidenti isə öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib. Yaradılan şəraitdən razılıq edən rusiyalı funksioner iştirakçılara uğurlar arzulayıb. Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.

Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar