Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liseyə seçim sualı qalmaqala səbəb oldu - Bürökratiya, yoxsa ən yaxşılar seçilir? - Video

"İnsanlar işıq saçsalar, nə olardı?" Yəqin ki, sual sizə də qəribə gəldi. Yaşından asılı olmayaraq kimə bu sualı ünvanlasan, ya gülər, ya da dərin fikrə qərq olar, deyilmi?

Poliqon.info Xəzər TV-yə istinadən bildirir ki, bu sual Azərbaycanın nüfuzlu təhsil ocaqlarından biri olan Bakı Avropa Liseyinin birinci sinifinə qəbul olmaq üçün imtahan verən 6 yaşlı Ayla Məmmədova və onun həmyaşıdlarına verilib.

Valideyn Vüsal Məmmədov iddia edir ki, övladı liseyə qəbul imtahanının ikinci mərhələsində ona verilən bu suala cavab verə biləyib. Bununla da keçid üçün nəzərdə tutulan 24 baldan, 21.5 topladığı üçün qəbuldan kənarda qalıb.

Bununla bağlı valideyn liseyin direktoru ilə  görüşüb. Direktor isə şagirdin cavabının yetərli olmadığını deyib. Hazırda ailə obyektiv imtahan keçirlməsi tələbi ilə məhkəməyə müraciət etməyə hazırlaşır.

Məsələyə aydınlıq gətirən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova qeyd etdi ki, liseyə yalnız xüsusi istedada malik olan uşaqlar seçilir. Onun sözlərinə görə, liyesə qəbul olmaq istəyən birincilərin təfəkkürü öz yaşıdlarından bir-iki il irəli olmalıdır.

Zülfiyyə Veysovanın sözlərinə görə, yeni tədris ili üçün liseyə 800 şagird müraciət edib, amma onlardan yalnız 200 nəfəri seçilib. Son 3 gündə  övladı qəbul olmayan 90  valideynlə görüşdüyünü deyən direktor qeyd edib ki, nəticələrlə tanış olan valideynlər  onun fikri ilə razılaşdıqlarını ifadə ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Poliqon.info 


Etiket: Lisey


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Axios: İsrail “Hizbullah”ın yeni liderini öldürmək üçün Beyruta hücum edir...

Ən çox oxunanalar