Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülh sazişi üzrə danışıqların detalalrı niyə açıqlanmır? - Paşinyanın izahatı...

Ermənistanın Baş naziri qeyd edib ki, danışıqların təfərrüatlarını açıqlamaq süfrəyə bişməmiş nahar vermək kimi bir şeydir...

Azərbaycanla sülh sazişi üzrə danışıqlar yekunlaşmadığı üçün açıqlanmır.

Poliqon xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanbugün hökumətbinasında keçirdiyi mətbuat konfransında deyib.

“Əgər sənəd üzərində hələ iş başa çatmayıbsa, deməli onun mətni tam razılaşdırılmayıb. Ona görə də bu gün sülh sazişinin müzakirə edilən hər hansı bir maddəsi dərc olunarsa, belə çıxa bilər ki, bu gün və ya gələcəkdə Ermənistan XİN bununla bağlı güzəştə gedə biləcək”, deyə Paşinyan bildirib.

“Bu, çox kobud səslənməsin, amma bu, masada yarımçıq şam yeməyi vermək kimidir”, deyə Paşinyan vurğulayıb.

Ermənistanın Baş naziri əlavə edib ki, Ermənistan-Azərbaycan danışıqlar silsiləsi başa çatdıqda, bu, o demək olacaq ki, ErmənistanAzərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb və imzalamaq üçün hazırdır.

“Əgər sualınız bu sənədin imzalanma mərhələsinə çatıb-çatmaması ilə bağlıdırsa, o zaman təəssüflə deməliyəm ki, çatmayıb”, deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan xatırladıb ki, ölkə parlamentində də bu sənədin və ya onun layihəsinin niyə gizli qalması ilə bağlı suallar var idi. O, qeyd edib ki, hökümət müxalifətdən olan həmkarlarını Xarici İşlər Nazirliyinə bu sənədlərin məzmunu ilə tanış olmağa dəvət edib, lakin müxalifət bundan imtina edib.

Poliqo.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ən çox oxunanalar