Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Türkiyə vətəndaşlığının alınması prosesini sərtləşdirməyi istəyib...

Türkiyə hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərini gücləndirəcək...

Poliqon Türkiyə mətbuatına əsasən xəbər verir ki, bu barədə iyulun 21-də “TV100” kanalı öz mənbələrinə istinadən məlumat yayıb. Xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərinin sərtləşdirilməsini və Türkiyə vətəndaşlığının alınmasını çətinləşdirəcək addımların hazırlanmasını tapşırıb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda ölkədə 5 milyona yaxın miqrant yaşayır. Türkiyənin bəzi bölgələrində xarici vətəndaşların qeydiyyatı rəsmi orqanlar tərəfindən qadağan edilib. Qeyd edək ki, Ərdoğan daha əvvəl söz vermişdi ki, Türkiyə qeyri-qanuni miqrantlarla mübarizə üçün tədbirlər görəcək, həmçinin suriyalıların vətənlərinə qayıtmasına şərait yaradacaq. Türkiyə mətbuatı bildirir ki, məsələ hökumətin və Daxili İşlər Nazirliyinin nəzarətindədir.

Telekanalın məlumatına görə, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Ərdoğana miqrantlar və sığınacaq istəyənlərin vəziyyəti ilə bağlı hesabat təqdim edib. Nazirin sözlərinə görə, Türkiyə vətəndaşlığının alınmasında sui-istifadə halları aşkarlanıb. Qeyd olunur ki, hakimiyyət Türkiyə vətəndaşlığının alınması prosesini sərtləşdirmək istəyir.

İndi Türkiyə qanunlarına görə, Türkiyə vətəndaşlığı ən azı 400 min dollar dəyərində daşınmaz əmlak alındıqdan sonra və ya buna bənzər məbləği türk bankına yatırmaqla əldə edilə bilər. Eyni zamanda vətəndaşlıq üçün müraciət edən şəxs bu əmlakı üç il ərzində sata və ya analoji müddətə bankdan vəsait çıxara bilməz.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay