Ukrayna Silahlı Qüvvələrinin sıralarında narazılıq bu ölkədə sosial münaqişələrə səbəb ola bilər...
Poliqon xəbər verir ki, bu barədə Politico n\şri Ukrayna ordusunun hərbi həkiminə istinadən məlumat yayıb. Nəşr yazır ki, ordusundakı narazılıq ölkədə münaqişələrə səbəb ola bilər.
“Mən gizlətməyəcəyəm ki, hərbçilərin sıralarında narazılıq yaranır və bəzi əsgərlər niyə bəzi ukraynalıların döyüşür, digərlərinin isə döyüşmədiyi ilə maraqlanmağa başlayıb”, deyə nəşrin mənbəsi təfərrüatları bölüşüb.
Hərbçilərin fikrincə, Ukrayna hökuməti hər bir ukraynalının müharibədə iştirakı prosedurunda dəyişiklik etməsə, bu, ölkədə münaqişələrə səbəb ola bilər. Çünki Ukrayna ordusunun əsgərləri bütün vətəndaşların silahlı qüvvələrdə xidmət etməməsi və ya cəbhəyə hər hansı bir şəkildə töhfə verməsi ilə bağlı ədalətsizlikdən narazıdırlar.
Hərbi həkim həmçinin bildirib ki, Ukrayna silahlı qüvvələrinin döyüşçüləri mənəvi və fiziki yorğunluq hiss edirlər, çünki onların çoxu artıq bir ildir ki, təmas xəttindədir.
Poliqon.info