Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Muradova: "Valideyn diqqətindən yayınaraq küçələrdə qalan uşaqlar var"

"Küçə uşaqları çox azdır, valideyn diqqətindən yayınaraq küçələrdə qalan uşaqlar var və bu, çox ağrılı mövzudur".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda 2022-ci ildə küçə uşağı kimi qeyd edilən uşaqların sayı cəmi 3-dür. 2021-ci ildə isə bu rəqəm 19 olub:

"Bu rəqəm belə bizi üzür. Amma dünya ölkələri ilə müqayisədə bizdə vəziyyət yaxşıdır. Küçələrdə olan uşaqlar müxtəlif kateqoriyalar üzrə o vəziyyətdədir. Düşünürəm ki, onlar üçün reabilitasiya proqramı hazırlanmalıdır. Burada ən qabaqcıl ölkələrin təcrübəsini tətbiq edirik. Dövlət olaraq həmin uşaqlara təhsil hüququ, sığınacağa yerləşdirilməsi təklif edilsə də, onlar bundan imtina edirlər. Biz onları məcbur edə bilmərik.

Sizə deyim ki təkcə uçaqlar yox, ali təhsilli, bir çox dil bilən insanlar da küçə həyatını seçir. Bunun səbəbi bizə məlum deyil. Amma bu məqam yalnız bizdə deyil, başqa ölkələrdə də eynidir. Amma düşünürəm ki, bu və ya digər formada həmin uşaqların gələcəyini xilas etmək üçün görülən tədbirlər daha da artırılacaq".

Poliqon.info 


Etiket: Bahar Muradova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar