Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Ermənistan və Rusiyadakı ekspertlər Brüssel görüşünün yekunları barədə

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə başa çatmış görüşü Mişelin çıxışındakı yekun rəy fonunda müzakirə olunur...

Azərbaycanlı şərhçilər Qarabağdakı erməniləri təchiz etmək üçün Ağdam yolunun açılmasını Avropa İttifaqının təqdir etməsini xüsusi qeyd edirlər və bu sözləri Azərbaycan siyasətinin uğuru kimi qələmə verirlər.

Hüquq müdafiəçisi və vəkil Rəşid Hacılı sosial şəbəkədə öz fikirlərini bölüşüb, Brüsseldə razılıq əldə olunmayan mövzuları ayırıb, belə ki, Şarl Mişel danışıqlar barədə öz bəyanatında yalnız tərəflərin mövqelərinin yaxınlaşdığı məsələləri qeyd edib.

Azərbaycan tərəfi erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasının vacibliyini bildirib. Bu, Şarl Mişelin bəyanatında yoxdur. Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi kontekstində silahlı birləşmələr mövzusu qalıb.

Azərbaycanın mövqeyini nəzərə alaraq, Şarl Mişel erməni əhalinin təhlükəsizliyinə hər hansı beynəlxalq zəmanətdən danışmayıb.

Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, təbii ki, erməni əhalinin Azərbaycana reinteqrasiyası üçün addımlar atmalıdır. Deməli, indi əsas vəzifə reinteqrasiyanı təşviq etmək, onun qarşısındakı maneələri aradan qaldırmaqdır. Qarabağın erməni əhalisi seçim qarşısındadır: Azərbaycan dövlətində yaşamaq və ya Qarabağdan çıxmaq, - R. Hacılı hesab edir.

Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Brüsseldə üçtərəfli görüşün yekunları ilə bağlı Avropa İttifaqı rəhbərinin bəyanatında əsas məqamı qeyd edib. Vəlizadə FB səhifəsində yazıb:

"Rusiya-Azərbaycan Xarici İşlər nazirlikləri arasında mübahisə Avropa İttifaqı rəhbəri Şarl Mişelin bitərəflik ruhunda saxlanılan və Ermənistan-Azərbaycan yekun nizamlanma perspektivlərilə bağlı Azərbaycan tərəfinin ümumi baxışlarına tam uyğun gələn yekun bəyanatı ilə açıq şəkildə uyğunsuzluq təşkil edib.

Qeyd edək ki, Mişel keçirilmiş görüşü "yüksək səviyyəli intensiv və məhsuldar görüşlər seriyasında sonuncu" adlandırıb. Üstəlik, təkcə dövlət başçılarının iştirakı ilə deyil, mayın əvvəlindən Brüssel, Kişinyov, Vaşinqton, Moskva və ikitərəfli sərhəddə baş nazir müavinləri və xarici işlər nazirlərinin iştirakı ilə. Mahiyyətcə, Avropa İttifaqının rəhbəri son vaxtların diplomatik fəaliyyətinin bütün raunduna yekun vurub.

ErmənistanAzərbaycan liderləri Ermənistan ərazisinin 29,8 min kvadrat kilometr, Azərbaycanın isə 86,6 min kvadrat kilometr olduğunu başa düşərək bir - birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiklərini bir daha tamamilə təsdiqləyiblər.

Hər iki lider delimitasiya üçün siyasi əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Münaqişə keçmişində tərəflərin "substantiv danışıqlar" adlandırdıqları baş verir. Lakin o zaman iş substantiv danışıqlara qədər gəlib çatmamışdı. İndi ərazi bütövlüyünün qarşılıqlı təsdiqindən sonra geriyə dönüş olmamalıdır. Qalır hər şeyi kağız üzərində təsdiqləmək”.

Yerevanlı analitik David Li Facebook-da öz baxışını dərc edərək, Qərbin Rusiya sülhməramlılarının nəzarətində olan marşrutdan yan keçməklə, Qarabağ əhalisini ərzaqla Ağdam vasitəsilə azərbaycanlı hərbçilər və sərhədçilər tərəfindən təmin etmək niyyəti barədə fikrə toxunub.

"Mişel bu məsələdə Əliyevin razılığına və Paşinyanın susmasına istinad edib. Başqa sözlə, ErmənistanAzərbaycan Laçın dəhlizini boykot edəcəklər, bütün təchizat isə sülhməramlıların nəzarət zonasından kənar keçəcək. Qərb bu yeni prosesi "Qarabağın blokadadan çıxması üçün iki mühüm yol" adlandırır, lakin hamıya aydındır ki, iki yoldan biri boykot ediləcək və orada sülhməramlıların olması mənasız olacaq. Və hər şey məhz bu an üçün düşünülüb".

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avro-Atlantika Təhlükəsizlik Mərkəzinin elmi işçisi Sergey Markedonov öz telegram- kanalında Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İtifaqı Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə keçirilən üçtərəfli görüşü ilə paralel olaraq Rusiya XİN-in yaydığı bəyanatı şərh edib. Markedonov hesab edir ki, Brüssel görüşü Rusiyanın Cənubi Qafqazda siyasətinin pik həddində keçirilib.

"Moskvada yaxşı başa düşürlər ki, onun iştirakı olmadan Qafqaz üzrə istənilən sülh (ümumiyyətlə, istətilən kağız) onun səylərinə, imicinə, reputasiyasına güclü zərbədir. Və əlbəttə ki, ən yaxşısı bundan qaçmaqdır. Bu gün nəyinsə səhv edildiyini və kimin günahkar olduğunu müzakirə etmək çox gecdir, vəziyyəti düzəltmək lazımdır. XİN bəyanatının sıx mətnində fakt üzrə çox şey BakıYerevan üçün qəbuledilməzdir. Azərbaycan Qarabağ məsələsini qəti şəkildə və əsasən xüsus güzəşt və nüans olmadan qapatmağa tələsir. "Qarabağ uğrunda" mübarizə üçün resursları olmayan Ermənistan isə məsuliyyəti Moskvanın üzərinə qoymaq istərdi. Asan olmayan şərtlər. Odur ki, Moskvanın niyyəti itirilmişin yerini doldurmağa ümidsiz cəhd kimi görünür. Hələlik buna şans var".(contact)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar