Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimin çıxardığı qərarda pozuntular aşkarlandı: Nazirlik işə qarışdı - Foto

Bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsinin detalları məlum olub...

Qafqazinfo” xəbər verir ki, həmin vaxt S.Poluzadə Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin işə qərəzli baxdığını, M.Mikayılovun təzyiqi ilə onun əleyhinə qərar çıxardığını iddia etmişdi.

Şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, hakim Şəhriyar Əliyevin çıxardığı qərarda pozuntular aşkar edilib. S.Poluzadənin anası Hicran Poluzadə saytımıza bildirib ki, oğlunun müraciəti ictimailəşdirildikdən sonra hakimin davranışları ilə bağlı rəsmi şəkildə Ədliyyə Nazirliyinə də müraciət ediblər:

Ədliyyə Nazirliyindən cavab olaraq bildirildi ki, hakim Şəhriyar Əliyevin fəaliyyəti ilə bağlı araşdırma aparılıb. Göstərilən mülki iş üzrə sədrlik edən hakim tərəfindən bir sıra prosessual pozuntulara yol verildiyi aşkarlanıb. Nazirlik rəsmi məktub göndərərək qeyd etdi ki, həmin hakim barəsində zəruri tədbirlər görülür”.

Hicran Poluzadə hakim Şəhriyar Əliyevin çıxardığı qərardan apellyasiya şikayəti verdiklərini, işə Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə baxıldığını da bildirib.

Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə onun keçmiş kürəkəni Sadiq Poluzadə boşansa da, aralarında mülkiyyətə görə məhkəmə çəkişməsi gedir. M.Məmmədovun qızı ona 64 min manat dəyərində qızıl-zinət əşyalarının çatmalı olduğunu iddia edir.

Poliqon.info


Etiket: hakim nazirlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar