Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Xarici İşlər Nazirliyi: Rusiya ilə Çin arasında münasibətlər hərbi-siyasi ittifaq modelini üstələyib...

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, Moskva və Pekin arasında münasibətlər “Soyuq Müharibə” dövründəki hərbi-siyasi ittifaq modelini üstələyib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü NATO kommünikesini şərh edərkən deyib. Venbin qeyd edib ki, NATO kommünikesində qeyd olunan Rusiya və Çin arasında əməkdaşlığın dərinləşdirilməsinin Alyansın maraqlarına zidd olması doğru deyil.

Van Venbin əmin edib ki, iki ölkə arasında münasibətlər “qoşulmama, qarşıdurma və üçüncü tərəfləri hədəf almamaq prinsiplərinə əsaslanır”.

“İki ölkə arasındakı münasibətlər “Soyuq müharibə” dövründəki hərbi-siyasi ittifaq modelini üstələyib. Bu, qapalı dairələr yaradan və bloklarla qarşıdurma aparan NATO ölkələrindən əsaslı şəkildə fərqlənir”, deyə Çin Xarici İşlər Nazirliyinin bildirib.

Qeyd edək ki, Vilnüsdə NATO liderlərinin iki günlük sammiti keçirilir. Dünən, iyulun 11-də yekun bəyanatda deyilir ki, NATO Rusiya ilə münaqişəyə can atmır və ona təhlükə törətmir, lakin “düşmənçilik siyasəti” dəyişdirilməyənə qədər Moskva Alyansın tərəfdaşı sayılmayacaq. Kommünikesində qeyd olunan Rusiya və Çin arasında əməkdaşlığın dərinləşdirilməsinin Alyansın maraqlarına zidd olduğu bildirilir. Həmçinin NATO ölkələri də şərq cinahda 300 min əsgər yerləşdirmək planını təsdiqləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar