Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli Qərarında dəyişiklik edib.

Poliqon.info xəbər verir ki, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına aşağıdakı məzmunda 4.35-ci bənd əlavə edilir:

“4.35. benefisiar dövlət orqanı (qurumu) və ya benefisiar fondun təsdiqedici sənədinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2147 nömrəli Fərmanı ilə təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi, habelə dövlət orqanlarına (qurumlarına) və həmin fondlara əvəzsiz olaraq verilən daşınmaz əmlakların və əmlak kompleksi şəklində müəssisələrin yaradılması üçün idxal olunan mallar.”.

Beləliklə, əlavə edilmiş bənddə qeyd edilən mallar idxal gömrük rüsumuna cəlb edilməyəcək.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2026-cı il dekabrın 31-dək qüvvədədir.

Poliqon.info 


Etiket: Rüsum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar