Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusiya XİN başçıları Ukrayna, “Azov komandirləri” və taxıl dəhlizini müzakirə edib - Yenilənib

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı olub...

İyulun 9-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Qeyd edilib ki, telefon danışığı zamanı tərəflər Ukrayna ətrafında baş verən son hadisələr, o cümlədən “Azov komandirləri”nin İstanbuldan Kiyevə qayıtması ilə bağlı vəziyyət başda olmaqla regional gündəliyə dair fikir mübadiləsi aparıblar:

”Ankaranın diqqəti Kiyev rejiminə hərbi texnikanın çatdırılmasını davam etdirmək kursunun yalnız mənfi nəticələrə gətirib çıxara biləcəyi bildirilib. XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada əsaslanan xarakterini qoruyub saxlamaq və gücləndirmək zərurətini bir daha təsdiqləyiblər. Qərb dövlətlərinin BMT baş katibinin məlum “paket təşəbbüsü”nün həyata keçirilməsi üçün zəruri addımları ata bilməməsi şəraitində qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər üzrə gələcək əməkdaşlığın perspektivlərinə də toxunulub. Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının müəyyən aspektləri, o cümlədən qarşıdan gələn təmasların qrafiki müzakirə edilib".

***

"Report" xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyət, eləcə də İstanbul taxıl anlaşması barədə fikir mübadiləsi aparıblar.

İyulun 5-də Fidan bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyə ən mühüm mövzular üzrə danışıqların aparılmasını təmin edə bilib, taxıl müqaviləsi sayəsində Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirə bilib və bununla da qlobal ərzaq böhranının qarşısını alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar